aktivləşir və problemli situasiya yaranır.Tədris prosesi elə təkil olunmalıdır ki, o,
idrak fəallığı, təbii öyrənmə fəaliyyəti döğursun, şagirdə “ilk kəşf” sevinci
keçirməyə imkan versin, onda yeni biliklərə yoiyələnmək həvəsi yaratsın.
3. İnkişaf
–edici təlim prinsipi. Bu prinsipin məqsədi: Şagirdi qarşıdakı inkişaf zonasına
yönəltməkdir.Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər
mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir.
4. “Qabaqlayıcı
təlim”.Bu təlim prinsipi şagirdlərin dərs zamanı və ya başqa situasiyalarda
qarşılaşacağı problemlərə onların əvvəlcədən hazırlanmasını nəzərdə tuturBunun
üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirəli və yeni nəsil
yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır.
5. Təlim –tərbiyə sisteminin
çevikliyi prinsipi.Bu prinsipin məqsədi: Təlim-tərbiyə sisteminin çevikliyi ilk
növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir.İctimai mühitin və
şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının
məzmunu, təlim-tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi
sistematik olaraq təzələnməlidir.Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin
diferensiallaşmasına, şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və
mənimsənilməsinə üstünlük verilir.
6. Əməkdaşlıq prinsipi. Bu prinsipin məqsədi:
Müəllim- şagird qarşılıqlı münasibətini sistemləşdirməkdir.Tədris prosesi
iştirakçıları arasında əməkdaşlığın formalaşdırılması fəal təlimin əsas
prinsiplərindəndir.”Müəllim-şagird” qarşılıqlı münasibətləri sistemində bu
subyektlərin hər biri təlim prosesində
tərəf müqabili kimi iştirak etməlidir.
7.
Dostları ilə paylaş: