1. kurikulumun əsaslari


 Müsahibə; 4. Təcrübənin öyrənilməsi; 5. Eksperiment; 6. Tədqiqatın



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə60/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   56   57   58   59   60   61   62   63   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

3. Müsahibə; 4. Təcrübənin öyrənilməsi; 5. Eksperiment; 6. Tədqiqatın 
nəticələrinin riyazi və statistik işlədilməsi; 7. Dar pedaqoji problemlərin 
tədqiqində istifadə olunan xüsusi metodlar. 
MÜŞAHİDƏ pedaqoji tədqiqat metodu kimi. Pedaqoji – psixoloji tədqiqatların 
təşkilində ən çox istifadə olunan və geniş yayılmış metod müşahidə 
metodudur.Müşahidə bizi əhatə edən varlığın uzun müddət ərzində məqsədə 
yönəlmiş, planlı şəkildə qavranılmasıdır. Müşahidə bizi əhatə edən varlığı 
dərketmə mənbəyi olmaqla fikrimizə təkan verir.Adi seyretmədən fərqli olaraq 
müşahidə məqsədli, planlaşdırılmış bir proses olduğundan dərketmə prosesinin 
təminatçı rolunu oynayır.Müşahidə zamznı şagird əşya və hadisə üzərində fikri 
fəaliyyət göstərir, hadisənin müəyyən cəhətini fərqləndirir, onları bir-biri ilə 
əlaqələndirir.Müşahidə ətraf aləm haqqında əldə olunmuş nəticə 
ümumiləşdirmələrin həqiqiliyini praktikada yoxlamağa imkan verir. 
1. Məqsədyonlülük. 2. Təhlil xarakterikliyi. 3. Komplekslilik. 4. Sistematiklik. 
Pedaqoji tədqiqatlarda müşahidə metodunun müxtəlif növlərindən istifadə 
olunur.Bəzi halda tədqiqatçı müşahidə aparan qrupun üzvü olur, bəzilərində 
isə kənardan müşahidə aparır.Müşahidə açıq və gizli, geniş və məhdud, 
sistematik və epizodik ola bilir.Geniş(və ya bütöv) müşahidə adətən obyekti 
tam əhatə edir.Bu zaman müşahidəçi müvafiq qanunauyğunluğu çıxarmaq 
üçün daha çox məktəbi, sinfi, şagirdi əhatə edir.Məhdud müşahidə bir növ 
seçmə xarakter daşıyır.Məsələn, şagirdin idrak fəaliyyətinin müşahidəsi. 
Sistematik müşahidə uzunmüddətli müşahidədir.O, xeyli müddət davam edir. 
Epizodik müşahidə dövrü xarakter daşıyır və ona nisbətən az vaxt sərf olunur. 
Bəzi hallarda müşahidə metodu baş vermiş müəyyən bir hadisənin, öyrəniləcək 


təlim-tərbiyə məsələsinin səbəbini aşkar etmək üçün(şagirdin dərsə hazır 
gəlməməməsinin, ev tapşırığını həll etməməsinin, sinifdə nizam-intizamın 
pozulması və s. səbəbini öyrənmək üçün) əlverişli olmur.Ona görə də müşahidə 
metodundan istifadə olunur. 
MÜSAHİBƏ.Bu metodun köməyi ilə hər hansı pedaqoji fakt və hadisəyə 
müəllimlərin, şagirdlərin və valideynlərin münasibəti müəyyən olunur, 
müəyyən təlim-tərbiyə hadisəsi başqaları ilə söhbət etmək vasitəsilə öyrənilir. 
Pedaqoji müsahibəni planlaşdırmaq tələb olunur.Müsahibənin kimlərlə və nə 
məqsədlə aparılacağı, hansı sualların və nə üçün məhz həmin sualların 
veriləcəyi əvvəlcədən ətraflı ölçülüb biçilir.Bu metod əsasən informasiya əldə 
etmək və ya müşahidə zamanı aydın olmayan məsələləri aydınlaşdırmaq 
məqsədilə aparılır.Tədqiqat metodu kumi müsahibə daha canlı və təbii səciyyə 
daşıyır. Müsahibənin dörd növü vardır: 1. Ümumi müsahibə (qabaqcadan 
mövzusu müəyyən olunmuş mesahibə; 2. Müəyyən problem üzrə aparılan 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin