1. kurikulumun əsaslari


Şəxsiyyətin inkişafında və formalaşmasında müxtəlif fəaliyyət



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə68/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   64   65   66   67   68   69   70   71   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

Şəxsiyyətin inkişafında və formalaşmasında müxtəlif fəaliyyət 
növlərinin rolu böyükdür.Şəxsiyyət fəaliyyət prosesində formalaşır, 
inkişaf edir və tərbiyələnir.İnkişaf, tərbiyə və formalaşma – hər üç 
məfhum bir-biri ilə ayrılmaz sürətdə üzvü əlaqədə və vəhdətdədir. 
Şəxsiyyət – xüsusilə inkişafda olan uşaq və yeniyetmələr hər gün, hər 
saat fəaliyyətdədir.İnsanın normal fəaliyyət vəziyyəti, yalnız yuxu istisna 
olmaqla qalan hallarda fəal hərəkət vəziyyətində olur.İnsan nə qədər ki, 
yaşayır daim hərəkətdə, fəaliyyətdəmolur, işləyir,oxuyur, oynayır, başqa 
insanlarla ünsiyyət və münasibətdə olur.Bir sözlə, şəxsiyyət daim işdə, 
əməldə və fəaliyyətdədər.Fəaliyyətsiz insan inkişaf edə bilməz, yaşaya 
bilməz, mənəviyyatca yüksələ bilməz. Bəs fəaliyyət nədir? Fəaliyyət
insanın cəmiyyət və insanlar tərəfindən yerinə yetirilməsi tələb olunan, 
öz maraq və təlabatlarının ödənilməsinə yönələn, qarşıya qoyduğu 
məqsədə çatmaq üçün göstərdiyi akt və fəallıqdır.Fəaliyyətin müxtəlif 
növləri şəxsiyyətin formalaşmasına, inkişafına və tərbiyəsinə müxtəlif 
şəkildə təsir göstərir.Fəaliyyətin aşağıdakı növlərini ayırd edilmişdir:
1. Vasitəsiz emosional ünsiyyət və münasibətə. 2. Əşyavi- manipulyativ 
fəaliyyət. 3.Oyun fəaliyyəti. 4. Təlim fəaliyyəti. 5. Əmək fəaliyyəti.
6. Ünsiyyət fəaliyyəti. 


-Vasitəsiz emosional ünsiyyət çağanın anası ilə özünəməxsus dialoqudur. 
Uşaq anasının ağuşunda özünü sakit aparır, onun nəvazişini duyur, ətrini 
hiss edir və bundan xoşhallanır.Bu hiss əsas əsas etibarilə bioloji 
cəhətdən qarşılıqlıdır və inkişafa quvvətli təsir göstərən amildir. –Əşyavi 
manipulyativ fəaliyyət fəaliyyət prosesində əşyaları sökə-sökə, bu 
yandan o yana sürüyə -sürüyə, bir- birinə calaya- calaya onların 
xassələrini dərk edir və inkişafa üz qoyur.- Məktəbə daxil olana qədər 
üşağın əsas fəaliyyət növü isə oyundur.Oyun uşaqları hərtərəfli inkişaf 
etdirir və tərbiyələndirir.Uşağın məktəbə daxil olması ilə onun üçün yeni 
fəaliyyət növü – təlim fəaliyyəti başlayır.Təlim müəllimin rəhbərliyi 
altında ikitərəfli proses olub (öyrədən və öyrənənlər), müəyyən vaxt 
çərçivəsində, sabit cədvəl üzrə, möhkəm şagird kollektivi ilə, sinif 
şəraitində həyata keçirilir.Nəticədə əmək fəaliyyəti və ünsiyyət fəaliyyəti 
də formalaşmış olur. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin