29. Layihə ofisinin idarə olunmasında mentor və məsləhətçilərin rolunu xarakterizə edin LAYİHƏ OFİSLƏRİNİN İDARƏ EDİLMƏSİ
Təşkilatlar layihələrin həyata keçirilməsində təcrübə topladıqca, onların layihə idarəçiliyi ilə bağlı ekspert rəyinə bir o qədər də ehtiyacı olur. Təşkilatlar layihə idarəçiliyini yerinə yetirdikləri zaman bir qayda olaraq onlar bunu müəyyən bir metod ilə həyata keçirirlər. Məsələn, onların istifadə etdikləri qrafiklər əsas hadisələri özündə əks etdirir və məlumatlar bazasına ötürən diaqram rolunu oynayır.
Müvafiq ixtisas və biliyə yiyələnmə zərurəti ən müxtəlif fəaliyyət sahələrinə, o cümlədən cədvəlləşdirmə, büdcə, təkliflərin qeydə alınması, satıcıların müəyyənləşdirilməsi, layihələrin seçilməsi, risklərin idarə edilməsi, ehtiyac və tələblərin müəyyənləşdirilməsi, tələblərdə baş verən dəyişikliklərin idarə edilməsi və s. sahələrə yönəlmişdir. Təşkilatın layihələrin idarə edilməsi sahəsində ən geniş biliklərə və təcrübəyə malik olan məsləhətçilərə ehtiyacı ola bilər. İdarəetmə orqanı təşkilatın daxilindəki heyətin strateji intuisiyasınıinkişafetdirməkməqsədiləməsləhətçilərin təlimatlarından istifadə edə bilər, bu zaman layihə üzərində işləyən şəxslər hər gün yaranan layihə məsələlərini həll etmək məqsədilə məsləhətçilərin ideyalarına diqqətlə qulaq asmalıdırlar. 1990-cı illərdə məsləhətçilərin yerinə yetirəcəyi vəzifənin təsvir edilməsiüzrəyenibirterminmeydanaçıxdı:mentorinq. Mentorinq layihə idarəçiliyi üzrə meydana çıxan problemlərin həllində təşkilatın işçilərinin ehtiyacı olduqları intuisiya və biliklə təmin edilməsidir.
Mentor və məsləhətçilərin rolu
Layihələrin idarə edilməsi üzrə məsləhətçilərin və mentorların rolu zaman keçdikcə təkmilləşir. Bu gün o, bir neçə konkret fəaliyyət növləri, o cümlədən aşağıdakı istiqamətdə göstərilən köməklər üzərində mərkəzləşmişdir:
Bu fəaliyyət növlərindən hər birinə ayrılıqda baxaq. Təkliflər və onların dəstəklənməsi
Layihələrin idarə edilməsi üzrə bacarıqlı məsləhətçilər bu sahədə böyük təcrübəyə malikdirlər. Onlar bir çox təkliflərin hazırlanması işinə cəlb edilmişlər və təşkilata layihənin inkişaf etdirilməsi üzrə qiymətli təkliflər verə bilərlər. Onlar təklifin inkişafında üç yolla iştirak edə bilərlər:
Onlar təşkilata səmərəli layihə idarəçiliyi prosedurlarını təklif edə bilərlər. Onlar öz iş yoldaşları qarşısında təklifi inkişaf etdirməyin, bu ideyanın layihəyə necə çevrilməsini və yaxşı idarə olunan təklifə sərf edilən enerjinin idarəçilik təcrübəsində tətbiq edilməsini nümayiş etdirə bilərlər. Onlar eyni zamanda yüksək qiymətləndirilən təkliflərin qeydə alınması məqsədilə bir çox şirkətlər tərəfindən istifadə edilən təklifləri də irəli sürə bilərlər.
Onlar təklif edilən işin həyata keçirilməsində istifadə olunacaq layihə idarəçiliyi metodologiyalarını əhatə edən təklifin mühüm hissəsini qeydə ala bilərlər.
Onlar təklifləri nəzərdən keçirə bilərlər. Kənar şəxs kimi onlar zəif və güclü cəhətləri qeyd etməklə təklifləri tənqid edə bilərlər.