40. Layihə komandasının formalaşmasını xarakterizə edin. Layihə komandasının formalaşdırılması. Layihə komandası layihə çərçivəsində birləşmiş müxtəlif struktur bölmələrin digər müəssisələrin(tərəfdaşlar,sifarşçilər və s.) əməkdaşlarından ibaərtdir.Komanda layihənin reallaşdırılması dövründə mövcud olur.Beləliklə layihə komandası-layihə rəhbərinə tabe olan,layihə məqsədlərinin həyata keçirilməsi üçün yaradılan müvəqqəti,formal nizma salınmış mütəxəssislər qrupudur. Layihənin icrası müddətində cəlb edilən işçi heyətinin sayı müxtəlif ola bilər. İşçi heyətinin idarə edilməsi üzrə funksiyalara daxildir:
kollektiv işlər üçün iş atmosferinin və şəraitinin yaradılması;
meydana çıxan münaqişəli halların aradan qaldırılması və s.
41. Layihə menecmentinin öyrənilməsinin əhəmiyyəti və layihənin tərəflərini xarakterizə edin. əsrə qədər "layihələri" ümumiyyətlə ordu zabitləri, yaradıcı memar və mülki mühəndislər tərəfindən idarə edilirdi. Bir fənn kimi, layihənin menecmenti (LM) tikinti, mühəndislik və müdafiə, o cümlədən müxtəlif tətbiqi sahələrində inkişaf edirdi.
Ən qədim və ən böyük layihələr. Misir piramidaları. Tədqiqatçılar, hazırda, mövcud olmayan sivilizasiya haqqında danışaraq, əlavə heç nə demədən belə bir yüksək təfəkkür məhsulu olan abidələrin inşasının elə onlar tərəfindən həyata keçirildiyi iddiasını ortaya atırlar. Ancaq onların araşdırmaları göstərir ki, min illər öncə yaşayan bu xalq hansı yollarlasa, Giza yaylasında yerləşən bu üç piramidanı böyük ustalıqla inşa ediblər. Üstəlik, onların dəqiq ölçülərini nəzərə alaraq bu ölçüləri bir sıra astronomik, həndəsi və metafizik meyarlar çərçivəsində tətbiq ediblər. Bu böyük layihənin hazırlanması, planlaşdırması,icrası və nəzarəti haqqında müxtəlif fərziyyələr mövcuddur. Çin Səddi — insan əli ilə düzəldilmiş yeganə tikilidir ki, kosmosdan görünür. Bu nəhəng qurğunun əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib.
Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li uzadılmışdır. Tarixi məlumatlara görə, işçi qüvvəsi üç qrupa: əsgərlər, məhkumlar və əsirlərdə ibarət idi. 1918-ci ildə Mühəndis Henry Gantt (1861-1919) özünün adı ilə bağlı olan və özündə layihə menecmentinin mühüm elementlərini əks etdirən planlaşdırman, fəaliyyətlərı, vaxtı göstərən diqaqramı hazırlamaqla dünya əhəmiyyətli bir yenilik etdi. “Gantt çart” adlanan diaqramdan layihə menecerləri bu gün də istifadə edirlər.
İntiusiya və təcrübə(1950-70)
Layihə işlərinin planlaşdırlması və təşkili (1970-80)
Sitemli planlaşdırılma və logistika (1980-90)
Layihənin struktrulaşaması və risklərin idarəedilməsi(1990)
Layihə komandasının formalaşıdrılması metodolgiyası 1990- 1995)