Layihənin keyfiyyətinin idarə edilməsi funksiyaları layihənin bütün həyat dövrünü, onun bütün element və detallarını əhatə edir:
layihə, təşkilati və idarəetmə qərarları;
istifadə olunan materiallar, avadanlıq, xammal və s.;
layihə icra olunarkən görülən işlərin keyfiyyəti;
layihə üzrə alınan nəticələrin keyfiyyəti.
Keyfiyyətin idarə edilməsi layihənin nəticələri ilə bağlı olan tələb və standartları yerinə yetirməklə həyata keçirmək olar. Keyfiyyətin idarə edilməsinin üsul və texniki cəhətləri müxtəlifdir. Layihənin idarə edilməsinin bu vacib funksiyası haqqında dolğun təsəvvür yaradan keyfiyyətin idarə edilməsi aşağıdakı sxemdə verilmişdir.
Keyfiyyətin təmin edilməsinin ümumi prinsipləri
Konsepsiya
Layihələndirmə
Öhdəliklər
İcra
Tələblər
Keyfiyyətin təmin edilməsi (idarəetmə aspektləri)
Keyfiyyətin idarə edilməsi funksiyalarının inteqrasiyası
Nəticə
Dəyər
Müddət
Keyfiyyət üzrə informasiya sisteminə olan tələblər