Məhsul (istehsalın strategiyası, layihə qərarlarının təhlili, dəyərin təhlili, alıcıların münasibəti)
Məhsuldan istifadə etmək (bazarın təhlili, qanunvericilik tənzimləyiciləri)
Qiymətləndirmə
Keyfiyyətin texniki dəstəyi
Öyrətmə
Dəstəkləmə
Keyfiyyətin qiymətləndirmə metodları
Nümunələrin yoxlanması (sistematik olaraq, seçmə yolla)
Pozuntular üzrə məlumatlar
Qrafiklər və diaqramlar
Statistik metodlar
Vizual nəzarət
37.Komunukasiya menecmentini xarakterizə edin. Layihədə informasiya mübadiləsi heç də həmişə gözlənildiyi kimi səmərəli deyildir. İşdə insanlar öz aralarında az səmərə ilə ünsiyyətdə olurlar. Çox zaman ötürülən məlumat düzgün olmur. Nəticədə isə informasiya mübadiləsi səmərəsiz olur. İnformasiya mübadiləsində yalnız 50 % cəhdlər ünsiyyətdə olanların qarşılıqlı anlaşmasına gətirib çıxarır. Hər zaman səmərənin belə aşağı olması kommunikasiyanın mübadilə olduğu faktının yaddan çıxarılmasıdır. Mübadilənin gedişində hər 2 tərəf aktiv rol oynayır. Məs., layihə meneceri öz tabeçisinə işin necə dəyişdirməsini təsvir edirsə bu yalnız mübadilənin başlanmasını bildirir. İnformasiya mübadiləsinin səmərəliliyi üçün tabeçi layihə menecerinə tapşırığın neçə başa düşməsini və fəaliyyət nəticəsində nəyin gözlənildiyini məlumat verməlidir. İnformasiya mübadiləsi yalnız o halda baş verir ki, bir tərəf informasiya “təklif” edir, digəri isə onu “qəbul” edir.
Layihədə kommunikasiya prosesinin əsas məqsədi mübadilə predmeti olan informasiyanın, başqa sözlə məlumatın dərk edilməsinin təmin olunmasıdır. Belə ki, informasiya mübadiləsi faktının özü mübadilədə iştirak edən insanların ünsiyyətinin səmərəliliyinə zəmanət vermir. Bunun üçün kommunikasiya prosesinin mərhələləri haqqında təsəvvürlər olmalıdır.
Layihədə informasiya mübadiləsi prosesində 4 bazis elementi ayırmaq olar.
Göndərən, ideyanı əmələ gətirən yaxud informasiyanı toplayan və onu ötürən şəxs.
Məlumat, simvolların köməyi ilə kodlaşdırılan informasiya.
Kanal, informasiyanı ötürmə vasitəsi.
Qəbul edən, informasiyanı təyin edən və onu aydınlaşdıran şəxs.
Layihədə informasiya mübadilə olunarkən göndərən və qəbul edən onu bir neçə qarşılıqlı mərhələdən keçirirlər. Onların vəzifəsi məlumatı tərtib etmək və onu hər 2 tərəfin başa düşməsi, ilkin ideyanı bölüşdürməsi üçün kanaldan istifadə etməkdir. Bunu etmək çətindir, belə ki, hər bir mərhələ eyni zamanda elə bir nöqtədir ki, burada məna təhrif oluna yaxud da tamamilə itə bilər. Layihədə göstərilən qarşılıqlı əlaqədar mərhələlər aşağıdakılardır:
▪ ideyanın yaranması;
▪ ötürmə;
▪ kodlaşdırma və kanalın seçimi;
▪ dekodlaşdırma.