1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Layihə menecmentinin inkişaf mərhələlərini xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə32/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
Layihe menecmenti son

42. Layihə menecmentinin inkişaf mərhələlərini xarakterizə edin.
Layihə menecmentinin təşəkkül tapmasına və inkişafına təsir göstərən amillər

  • Bazar mexanizminin formalaşması və onun dövlət tənzimlənməsi ilə uyğunlaşdırılması;

  • Cəmiyyətin mallara və xidmətlərə olan tələbatların strukturunda baş verən dəyişmələr,

  • Layihə menecmentinin daha çox istehlak əşyalarına olan tələbatların ödənilməsinə istiqamətlənməsi;

  • Rəqabətin güclənməsi, rəqabətin beynəlmiləlləşməsi və bununla bağlı beynəlxalq standartlara məcburi uyğunlaşma

  • Təşkilat və idarələrin fəaliyyətinə sosial və ekoloji tələblərin gücləndirilməsi,

  • Layihə menecementinin təşkilatların effektivliyinin xarici amillərinə istiqamətləndirilməsi;

  • Layihə menecementinin peşəkarlaşması,

  • Layihə menecementinin ictimai əhəmiyyətliliyinin və qiymətləndirilməsinin artması,

  • Öyrədilməyə və peşəkarlıq səviyyəsinin artırılmasına səylərin güclənməsi.

43. Layihənin mühitini və daxili mühit amillərini xarakterizə edin.
44. Layihənin mühitini və xarici mühtit amillərini xarakterizə edin.
(eyni cavablar birləşib yazılıb)

Layihənin mühiti;


Layihələr müəyyən təsirə məruz qalan dinamik mühitdə yerinə yelirilir. Mühiti xarakterizə edən hər bir element - qanunlar, standartlar, inkişaf təməyüllü qüvvələr və s. layihələrin yaradılmasında və formalaşmasında müəyyən rol oynayırlar.
Layihələrin mühiti iki hissəyə bölünür:

  • daxili mühit

  • xarici və ya ətraf mühit.

Layihəyə bu mühitlərə məxsus olan parametrlər təsir göstərirlər. Ətraf mühit faktorlarına coğrafi, ekoloji, sosial, psixoloji, mədəni, siyasi, iqtisadi. maliyyə, hüquqi, təşkilati, texnoloji və estetik aspektləri misal göstərmək olar. Daxili mühit parametrlərinə isə layihədəki idarəetmə vasitələri, işlər, müqavilələr, iştirakçılar, onların münasibətləri və s. digər elementlər aiddir.
Hər bir mühit amilləri təhlil edilməli və əmsallandırılmalıdır ki, bu faktorların layihəyə təsir dərəcələri müəyyənləşdirilsin. Bu faktorlar layihəni dayanıqlıq vəziyyətindən çıxara bilər və müəyyən şəraitlərdə layihələrin dağılmasına səbəb ola bilər.
Bi neçə il əvvəl yaranmış müəssisələr zaman keçdikcə öz strukturunda müəyyən dəyişikliklər tələb edir. Hər bir dəvi§iklik layihə şəklində həyəla keçirilir. Beləliklə, hər bir dəyişikliyi həyata keçirmək üçün yeni bir layihə yerinə yetirmək lazım gəlir. Bu səbəbdən həmin müəssissələr yeni layihələrin yaranmasını və tətbiqini tələb edirlər. Bu tələblər nəticəsində layihələr dünyaya göz açırlar.
Layihənin başlanma və son müddətləri olduğu üçün onun «yaşayış dövrü» də mövcuddur. Əgər layihə yerinə yetirilməyə başlanmışdırsa onda deyirlər ki, layihə «yaşamağa başladı». Layihənin «yaşayış həyatı» sərbestdir. Layihə yerinə yetirilərkən onun iştirakçıları bütün qüvvələrini layihənin məqsədinə yönəldirlər. Onlar eyni problemlər daxilinda yaşayır və fəaliyyət göstərirlər. Böyük müəssisə strukturuna daxil olan hər bir kiçik müəssisə adətən layihə şəklində fəaliyyət göstərir.

Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin