32.Risklərin planlaşdırılmasını xarakterizə edin. Risklərin planlaşdırılması. Risklərin səbəbi hər bir layihəyə xas olan qeyri-müəyyənliklərdir və bu layihə şərtləri haqqında dürüst olmayan informasiya başa düşülür.Qeyri-müəyyənliklərin təzahürü isə müsbət(gəlir,digər mənfəət və s.),mənfi (itgi,zərər) və ya sıfır ola bilər.Risklərin plandaşıdırlması – təşkil,layihə risklərini idarə edilməsi prosesdurlarının kadrlarla təmin olunma,daha üstün metodolagiya,riskin eyniləşdirilməsi üçün göstəricilərin mənbəyi, situasiyanının təhlili üçün vaxt intervalnın seçilməsi prosesidir. Riskin tipi və səviyyəsi layihə üçün vacibliyinə görə adekvat idarəedilməsini planlaşdırmaq üçün vacibdir. Risklərin planlaşdırılmasında vacib olan məqamlar bunlardır: məsul şəxsin təyini, risklərin büdcədə nəzərə alınması,risklərin idarə edilməsində əsas fəaliyyətlərin planlaşdırılması. Layihələrə risklərin mənfi təsirinin aşağı salınması texnologiyası və metodlarının işlənməsi riskə reaksyanın planlaşdırılması proseduru vasitəsilə yerinə yetirilir.
Əsasmetodlar:çəkinmə,ötürmə,minimallaşdırma,qəbuletmə. Praktikda bu metodların reallaşdırılması üçün üç əsas istiqamət ayırmaq olar: layihə iştirakçıları arasında riskin bölgüsü,sığortalama,risk nəticəsində gözlənilməyən zərərlərin ödənilməsinə ehtiyat vəsait fondlarının yaradılması.
33.Vaxtın idarə edilməsini xarakterizə edin. Həlledici istiqamət metodu. (CPM). (“Böhran cığırı”metodu),Qantt və işin təhlili və incələmə texnikası diaqramları. (PERT)
Vaxtın planlaşdırılmasının əsas məqsədi layihənin həyata keçirilməsi üçün zəruri olan minimal vaxtın planlaşdırlmasıdır.Nominal vaxt qiyməti təyin ediləndən sonra hər bir işçi vahidinin başlamasının ən tez və ən gec vaxtını təyin edirlər. Layihənin qrafik təqdimatı üçün 2 geniş yayılmış metod mövcuddur: Qant qrafiki və şəbəkə qrafikləri. Qant qrafiki layihə addımlarının vaxt xarakteristikalarını əks etdirən horizontal lentli diaqramdır. Layihənin hər bir addımı vaxt şkalasında yerləşdirilən lentlə təqdim edilimişdir. Qant qrafiki fəaliyyətlərin yerinə yetirilməsi ardıcıllığını və eləcə də paralel yerinə yetirilən fəaliyyətləri göstərir.
Həlledici istiqamət və ya “böhran cığırı” metodu və işin təhlili və incələmə texnikası şəbəkə qrafikləri geniş yayılmışdır. Hər iki metod çərçivəsi daxilində fəaliyyətlərin təxirə salınması mümkün olmayan,layihənin kritik yolunu təyin edirlər və eləcə də layihənin ümumi müddətini artırmadan təxirə salına bilən fəaliyyət növlərini təyin edirlər.