1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Hesabatların tərtib edilməsi bölməsini xarakterizə edən amillər hansılardır?



Yüklə 112,31 Kb.
səhifə22/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
Layihe menecmenti son

28. Hesabatların tərtib edilməsi bölməsini xarakterizə edən amillər hansılardır?
Hesabatların tərtib edilməsi Layihə ofisində mütəmadi olaraq inkişaf, monitorinq və əldə olunan nəticələr, habelə aparılan müxtəlif tədqiqatların nəticələri haqqında bir çox hesabatlar tərtib edilir. Komanda üzvləri həmin hesabatları daxili resurlar hesabına tərtib etməlidirlər, layihə ofisi isə hesabatın möhkəmləndirilməsi, saxlanması və paylanması üzrə kitabxana funksiyalarını yerinə yetirməklə yardım göstərə bilər. Layihə kitabçasının yaradılması
Layihə kitabçasında görülən işlər haqqında məlumatlar qeyd edilir. Bu kitabçada nəinki görülmüş, hətta bü ğün dəyişikliklər öz əksini tapmalıdır. Layihə prosedurlarının dəyişdiyi hallarda həmin faktı əks etdirmək məqsədilə kitabçanın müddəti uzadılmalıdır. Layihə kitabçasını tərtib etməklə layihə ofisi komandanı bir çox inzibati məsələlərdən azad etmiş olur.
Proqram təminatlı işlər
Layihə ofisini kompütersiz təsəvvür etmək mümkün deyildir. Kompüterlər vasitəsilə layihə komandası qrafiklər qurur və müxtəlif proram təminatlarından istifadə edərək layihəni idarə edir. Bəzi hallarda komanda üzvləri öz funksiyaları daxilində məsləhət almaq məqsədilə kompüterə müraciət edirlər. Yüksək səviyyəli proqram paketləri layihə komandalarına kompleks layihələrdə kömək edir. Nəhəng elektrik stansiyaların tikintisi, geniş informasiya və kommunikasiya sisteminin yaradılması kimi layihələri buna misal göstərmək olar. Sure Trak, Project, Project Scheduler, ART Project Workbench kimi proqramlar layihələrdə yaxşı nəticələr göstərir.
İşçi heyətinin yığılması
İnzibati məsələlər ilə məşğul olan işçinin funksiyaları yüksək iş təcrübəsinin və təcrübəli layihə mütəxəssisinin olmasını tələb etmir, ancaq o, möhkəm inzibati vərdişlərin olmasını tələb edir. Məsələn, inzibatçı ofis prosedurları ilə tanış olmalı, bu prosedurlara əsasən yazışmaları və hesabatları hazırlamalıdır. İnzibatçı və onun köməkçi heyəti həm də kompüter sahəsində lazımi biliyə malik olmalı, bir çox proqramların normal işlətmə qaydalarını bilməlidir.
Müvafiq ixtisaslar üzrə bilik və təcrübə iş zamanı və xüsusi kursların köməyi ilə əldə edilə bilər. Layihə ofisində fəaliyyət göstərən təcrübəli layihə idarəçisindən vaxtaşırı olaraq inzibati məsələlər üzrə məsləhət və yardım alına bilər.



Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin