25.Layihə ofisini xarakterizə edin Layihə ofisi. Layihələrin idarə edilməsi praktikası gündən-günə inkişaf etdiyinə görə onların sistematik icra mexanizminə və metoduna da tələbat artır. Təşkilatlar layihələr əsasında idarəetməni tez bir zamanda mənimsədi və işçilərini layihənin idarə edilməsi üzrə xüsusi treninq kurslaruna göndərdilər, hətta onlar layihələrin idarə edilməsi üzrə tədris proqramlar da işləyib hazırladılar. Təşkilatlar onlara məxsus olan layihələri idarəetmək məqsədilə layihə ofislərini yaratdılar. Layihə ofisi təşkilatda layihələrin idarə edilməsi üzrə xidmət göstərən mütəxəssislərindən təşkil edilir. Layihə ofisləri həm layihə komandasının üzvləri, həm də sifarişçilər üçün böyük əhəmiyyət kəsb edir. Tam şəkildə fəaliyyət göstərən layihə ofisi layihə komandasının üzvləri üçün misilsiz yardım mənbəyi ola bilər. Layihə ofisləri komanda üzvlərini mentorlar, məsləhətçilər və ani treninqlərlə təchiz edə bilər. Onlar layihələrin idarə edilməsi üzrə standartlarla təmin edir və komanda üzvlərini müvafiq idarəetmə vasitələrini tətbiq edirlər. Bundan əlavə, onlar yeni layihələrdə təkrar istifadə oluna bilən keçmiş layihələrin idarə edilməsi ilə bağlı kitabxanaya və ya biliklər bazasına malik ola bilərlər. Təcrübə göstərir ki, sifarişçilər layihə ofisi konsepsiyasının güclü tərəfdarlarıdır. Layihə ofisinin mövcudluğu layihə komandasının işinin nümunəvi şəkildə aparılmasına etibarı artırır.
26. Layihə ofisinin əsas funksiyaları hansılardır? Layihə ofislərinin vəzifə və funksiyaları təşkilatlara görə fərqlənirlər. Layihə ofisləri aşağıdakıları yerinə yetirir:
Layihə komandasının dəstəklənməsi. Layihənin idarə edilməsi üzrə işçi heyəti layihənin tərtib edilməsi, hesabatın hazırlanması və paylanması, proqram təminatlı əməliyyatların aparılması, habelə layihə üzrə inzibati məsuliyyəti öz üzərinə götürməklə layihənin işini asanlaşdıra bilər.
Təşkilati layihələrin idarə edilməsi metodları üzrə konsaltinq və təlim materialları ilə təmin etmək. Təşkilatların əksəriyyəti işlərini layihələr əsasında qurduqları üçün işçi heyətinin layihə meneceri ixtisası üzrə biliyinin artırılmasına və təkmilləşdirilməsinə ehtiyac duyurlar, bu səbəbdən onlar layihələrin səmərəli şəkildə həyata keçirilməsi üçün daxili ekspertləri məsləhətçi kimi işə cəlb edirlər. Bu məsləhətçilər adətən layihə ofislərində yerləşdirilir.
Layihələrin idarə edilməsi metodologiyası və standartlarının yaradılmasıi. Layihələrin ardıcıl şəkildə, ümumi metodologiya və standartlar əsasında yerinə yetirilməsi üçün bu metodologiya və standartlar vaxtaşırı olaraq təkmilləşdirilməlidir. Layihə ofisi elə təşkil olunmalıdır ki, onlar bu vəzifəni həyata keçirməyi bacarsınlar.
Təşkilatlarda layihələrin idarə edilməsi üzrə treninqlərin keçirilməsi. Layihələrin idarə edilməsi üzrə tələb olunan metodlarının öz işçiləri tərəfindən mənimsənilməsi üçün şərait yaradılmalıdır. Bunu üçün treninq materialları və təlimatları layihə ofisində hazırlana bilər.
Təşkilatın peşəkar layihə menecerlərilə təmin edilməsi. Layihə ofisi təşkilatın layihələrini həyata keçirmək iqtidarında olan peşəkar layihə menecerlərini öz ətrafına yığmalıdır.
Təşkilatda layihələr adətən intuitiv yerinə yetirildiyi üçün burada bacarıq və vərdişlərin inkişaf etdirilməsinə ehtiyac qalmır. Bununla belə, təşkilat bütün gücünü səfərbər edərək layihələrini həyata keçirən zaman müəyyən hallarda uğursuğluğa düçar ola bilər və bunun nəticəsində təhlükəli vəziyyət yarana bilər. Bəzi layihələr üzərində işləyərkən layihə ofisinin yaradılması zəruriyyəti yaranır. Layihə ofisinin yaranamsı təşkilatlarda layihələrin idarə edilməsi üzrə metod və vasitələrini inkişafına səbəb olur. Bundan başqa, layihə ofisi bütün təşkilata xidmət etmək məqsədilə yaranmışdırsa, o, təşkilati və funksional fəaliyyətlərin inteqrasiya edilməsində mühüm rol oynaya bilər. Eyni zamanda o, layihələrin idarə edilməsi üzrə peşəkarlığın artırılması üçün zəmin yarada bilər. Layihə üzərində çalışan işçilər məsələnin mahiyyətinə yüksək səviyyədə təsir edə və ümumiyyətlə layihələrin idarə edilməsi üzrə mühüm vərdişləri mənimsəyə bilirlər.
Bu gün yerinə yetirilən müdafiə və tikinti sənayesinin layihə ofislərində layihələrin idarə edilməsi üzrə fəaliyyətlərin yalnız bir məkanda mərkəzləşdirilməsinə üstünlük verirlər. Bununla belə, həmin ənənəvi layihə ofisləri bu gün meydana çıxan layihə ofislərindən fərqlənirlər. Onlar kompleks layihələrinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuşdur. Məsələn, avtomobil zavodunun layihəsini idarə etmək üçün layihə ofisi yaradılmalıdır. Özəl sektorda metal tullantıların yığılması və emalı üzrə layihə üçün yeni layihə ofisinin yaradılmasına ehtiyac qalmır, sadəcə olaraq bu layihə baş layihə ofisi vasitəsilə işə salına bilər. Komanda üzvləri inzibati məsələlər üzrə məsləhətləri layihə ofisindən ala bilərlər.