20. Layihə komandasının formalaşdırılmasını xarakterizə edin Layihə komandasının formalaşdırılması. Layihə komandası layihə çərçivəsində birləşmiş müxtəlif struktur bölmələrin digər müəssisələrin(tərəfdaşlar,sifarşçilər və s.) əməkdaşlarından ibaərtdir.Komanda layihənin reallaşdırılması dövründə mövcud olur.Beləliklə layihə komandası-layihə rəhbərinə tabe olan,layihə məqsədlərinin həyata keçirilməsi üçün yaradılan müvəqqəti,formal nizma salınmış mütəxəssislər qrupudur. Layihənin icrası müddətində cəlb edilən işçi heyətinin sayı müxtəlif ola bilər. İşçi heyətinin idarə edilməsi üzrə funksiyalara daxildir:
kollektiv işlər üçün iş atmosferinin və şəraitinin yaradılması;
meydana çıxan münaqişəli halların aradan qaldırılması və s.
21. Layihələrdə monitorinq və qiymətləndirməni xarakterizə edin Monitorinq (AŞ) “rəhbərliyi və əsas maraqlı tərəfləri məqsədlərə nə dərəcədə nail olunması və ayrılmış vəsaitin istifadəsi ilə bağlı davamlı inkişaf edən fəaliyyət və göstəricilər üzrə məlumatın sistemli şəkildə toplanması ilə təmin edən davamlı funksiyadır” (İƏİT/İYK).
Monitorinq - Fəaliyyətlərin davamlı müşahidəsi, hərtərəfli təhlili və korreksiyasıdır, yəni gedişatın qiymətləndirilməsi və yayınmaların müəyyənləşdirilməsi üçün icra prosesi müddətində fəaliyyətlərin gündəlik izlənməsi deməkdir.
Qiymətləndirmə cari və bitmiş proqram/layihələrin müəyyən zaman çərçivəsində aktuallığını, səmərəliliyini və nəticəliliyini sistematik və obyektiv şəkildə qiymətləndirməyə təşəbbüs göstərən fəaliyyətdir.
Audit resursların iqtisadi və səmərəli istifadəsini təmin etmək üçün idarəetmə üsullarının adekvatlığının qiymətləndirilməsidir.