1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Layihə idarəedilməsində vaxt planlaşdırılmasını-məqsəd və qrafik təqdimat metodlarını xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə16/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
Layihe menecmenti son

18. Layihə idarəedilməsində vaxt planlaşdırılmasını-məqsəd və qrafik təqdimat metodlarını xarakterizə edin
Vaxtın planlaşdırılması. Vaxt qrafikləri və​qurulması.
Həlledici istiqamət metodu. (CPM). (“Böhran cığırı”metodu),Qantt və işin təhlili və incələmə texnikası diaqramları. (PERT)
Vaxtın planlaşdırılmasının əsas məqsədi layihənin həyata keçirilməsi üçün zəruri olan minimal vaxtın planlaşdırlmasıdır.Nominal vaxt qiyməti təyin ediləndən sonra hər bir işçi vahidinin başlamasının ən tez və ən gec vaxtını təyin edirlər. Layihənin qrafik təqdimatı üçün 2 geniş yayılmış metod mövcuddur: Qant qrafiki və şəbəkə qrafikləri. Qant qrafiki layihə addımlarının vaxt xarakteristikalarını əks etdirən horizontal lentli diaqramdır. Layihənin hər bir addımı vaxt şkalasında yerləşdirilən lentlə təqdim edilimişdir. Qant qrafiki fəaliyyətlərin yerinə yetirilməsi ardıcıllığını və eləcə də paralel yerinə yetirilən fəaliyyətləri göstərir.
Həlledici istiqamət və ya “böhran cığırı” metodu və işin təhlili və incələmə texnikası şəbəkə qrafikləri geniş yayılmışdır. Hər iki metod çərçivəsi daxilində fəaliyyətlərin təxirə salınması mümkün olmayan,layihənin kritik yolunu təyin edirlər və eləcə də layihənin ümumi müddətini artırmadan təxirə salına bilən fəaliyyət növlərini təyin edirlər.


19. Layihələrdə risklərin planlaşdırılmasını xarakterizə edin
Risklərin planlaşdırılması. Risklərin səbəbi hər bir layihəyə xas olan qeyri-müəyyənliklərdir və bu layihə şərtləri haqqında dürüst olmayan informasiya başa düşülür.Qeyri-müəyyənliklərin təzahürü isə müsbət(gəlir,digər mənfəət və s.),mənfi (itgi,zərər) və ya sıfır ola bilər.Risklərin plandaşıdırlması – təşkil,layihə risklərinin​​idarə​​edilməsi prosesdurlarının​​kadrlarla​​təmin olunma,daha üstün metodolagiya,riskin eyniləşdirilməsi üçün göstəricilərin​​mənbəyi,​situasiyanının​təhlili​​üçün​​​​vaxt intervalnın seçilməsi prosesidir. Riskin tipi və səviyyəsi layihə üçün vacibliyinə görə adekvat idarəedilməsini planlaşdırmaq üçün​vacibdir.​Risklərin​​planlaşdırılmasında​vacib​​​​olan məqamlar bunlardır: məsul şəxsin təyini, risklərin büdcədə nəzərə alınması,risklərin idarə edilməsində əsas fəaliyyətlərin planlaşdırılması. Layihələrə risklərin​mənfi təsirinin aşağı salınması​texnologiyası​və​​metodlarının​​işlənməsi​​​riskə reaksyanın​​​planlaşdırılması​​proseduru​​vasitəsilə​yerinə yetirilir.Əsasmetodlar:çəkinmə,ötürmə,minimallaşdırma,qəbulet mə. Praktikda bu metodların reallaşdırılması üçün üç əsas istiqamət ayırmaq olar: layihə iştirakçıları arasında riskin bölgüsü,sığortalama,risk nəticəsində gözlənilməyən zərərlərin ödənilməsinə ehtiyat vəsait fondlarının yaradılması.



Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin