Layihənin başlanmasında ofisin rolu Layihənin uğuru daha çox layihənin necə işə salınmasından asılıdır. Təklif nə vaxtsa uğursuzluğa düçar ola bilər. Layihə idarəçiliyi üzrə məsləhətçilər öz iş yoldaşlarına layihənin icrasına başlamağın nümunəvi təcrübəsini nümayiş etdirə bilərlər. Məsələn, onlar komandanın üzvlərinə ilk növbədə layihə qrafiklərini necə işləməyi öyrədə bilərlər. Onlar eyni zamanda layihənin başlanması üçün ilk görüşləri necə planlaşdırmağı izah edə bilərlər. Komanda üzvlərinin iki və daha çox görüşlərin keçirilməsi sahəsində təcrübə qazanmasından sonra onların daha layihə məsləhətçilərinin təlimatlarına ehtiyacı olmayacaqdır.
30. Layihə ehtiyaclarının təmin edilməsində mentor və məsləhətçiləri rolu nələrdən ibarətdir? Layihə ehtiyaclarının təmin edilməsi
Layihələr icra edilərkən bir çox gözlənilməyən hadisələr meydana çıxa bilər. Məsələn, çox böyük əhəmiyyət daşıyan satıcılardan biri iflasa uğraya bilər, kontrakt ilə əlaqədar münaqişələr baş alıb gedə bilər, yaxud sifarişçi layihənin daha tez bir zamanda başa çatdırılması məqsədilə yeni pul vəsaiti ayıra bilər. Bu zaman gözlənilən problemlər də meydana çıxa bilər. Yeni layihə işçi heyəti layihə üzrə cəhdləri, layihə komandasından az şeydən çox şey yaratmağı tələb edən, büdcənin səviyyəsinin aşağı düşməsini və təşkilatın strukturuna daxil edilən yeni layihə idarəçiliyi proseduralarını necə planlaşdırmaq sahəsində köməyə ehtiyac duyur. Layihə məsləhətçilərinin və mentorların ən zəruri funksiyası sadəcə orada olmaqdır - işçi heyətini ehtiyac duyduqları layihə idarəçiliyi dəstəyi ilə təmin etməkdir.
Layihə məsləhətçiləri layihə üzrə ehtiyacların vaxtında ödənilməsinə borcludurlarsa, onlar ən müxtəlif layihə tipləri üzrə geniş bilgi və təcrübəyə malik olmalıdırlar. Onlar hər hansı bir
problemin həll edilməsi sahəsində şəxsi biliyə malik deyillərsə, bu halda həmin məsələləri həll etmək məqsədilə onların və komandanın ixtiyarında olan məlumat mənbələrinə müraciət etməlidirlər.