1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Risklərin idarə edilməsini xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə25/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
Layihe menecmenti son

31. Risklərin idarə edilməsini xarakterizə edin.
Risk layihənin məqsədlərinin əldə olunmasına müəyyən zərər vura bilən, gözlənilməyən hadisələrin yaranmasına səbəb olan, layihəyə və onun elementlərinə təsir göstərən bir parametrdir.
Risk üç faktorla səciyyələnir:

    • Layihəyə mənfi təsir göstərən hadisələr;

    • Hadisələrin yaranma ehtimalı;

    • Hadisələr nəticəsində layihəyə dəyən zərərin dəyərləndirilməsi.

Risklərin idarə edilməsi layihənin həyata keçirilməsi zamanı risk dərəcəsinin minimuma endirilməsi və layihə iştirakçıları arasında dəyə biləcək mümkün ziyanın paylanması, başqa sözlə desək, həmin riskli hadisələrin təhlili, dəyərləndirilməsi və aradan götürülməsi ilə bağlı tətbiq olunan formal metodların məcmusudur.
Bütün layihələr və layihələrin əksər aspektləri bu və ya digər şəkildə riskə məruz qalırlar:

    • Maliyyə riskinə

    • Texniki riskə

    • Təşkilati riskə

    • Sosial-siyasi riskə və s.

Risklərin idarə edilməsi layihə üzrə riskin meydana gəlmə ehtimalının yüksək olduğu bütün hallarda tətbiq edilir: PMİ USA tərəfindən təqdim edilmiş aşağıdakı sxemə nəzər salaq:
    • Riskin idarə edilməsi


    • Riskin müəyyənləşdirilməsi

    • Gözlənilməyən ətraf hadisələr

      • Dövlət təşkilatlarının bilavasitə təsiri (qanunlar, standartlar, ekologiya)

      • Təbii fəlakət

      • Gözlənilməyən ətraf hadisələr (ekoloji, sosial, iqtisadi, texniki)

      • Qeyri-müəyyən mühit və uğursuzluqlar (qeyri-sabit siyasi vəziyyət, müqavilələrin pozulması və s.)

    • Gözlənilən ətraf hadisələr

      • Bazara görə risklər (xam malın qiyməti, tələbat, rəqabət, bazar qiymətləri, alıcının münasibəti)

      • İstismar (dəstəkləmə zəruriyyəti, təhlükəsizlik)

      • Valyuta kursu

      • İnflyasiya

      • Vergi sistemi

      • Sosial və ekoloji faktorlar

    • Daxili hadisələr

      • İş qrafikinin pozulması (işçi qüvvə və materiallar çatışmazlığı, tətillər, təchizatda ləngitmələr, layihədəki səhvlər, sifarişçinin tələbi, qeyri-real planlar, rəhbərliyin dəyişməsi və s.)

      • Maliyyələşdirmənin dayandırılması

      • Xərclərin artması (icraçıların, tədarükçülərin, sifarişçilərin və s.)

    • Daxili texniki faktorlar

      • Texnologiyanın dəyişməsi

      • İşin icrası (keyfiyyət, səmərəlilik, etibarlılıq)

      • Layihələndirmə (texniki şərtlərə uyğunlaşdırma, dəyişiklik ehtimalı, texnoloji şərtlər)

      • Texnoloji risk

    • Hüquqi faktorlar

      • Lisenziya

      • Patent hüququ

      • Müqavilə şərtləri

      • Xarici tələblər

      • Daxili tələblər

      • Fors-major Risk dərəcəsinin azaldılması

    • Riskin sığortası

      • mülkiyyətə dəyən ziyan (avtomobil yol qəzası, avadanlıqlar, materiallar)

      • dolayısı yolla dəyən ziyan (avadanlıqların yerdəyişməsi, kirayəçilik, işlərdə fasilələr)

      • hüquqi məsuliyyət

      • şəxsi sığorta

    • Təsirlərin təhlili

      • əsas təsirlər (ətraf və daxili mühitlər)

      • layihənin daxili və ya xarici təsir qüvvələri

      • etibarlılıq dərəcəsi və qeyri-müəyyənlik (təsiretmə diaqramları, risk ehtimalının qiymətləndirilməsi, riskin paylanması, riskin modelləşdirilməsi, həssaslıq dərəcəsi)

      • itkilərin qiymətləndirilməsi

      • həyat dövrünün variantları

    • Antirisk tədbirləri

      • riskin bölünməsi

      • risk dərəcəsinin azaldılması (işləri dəyişməklə, büdcəyə yenidən baxmaq, keyfiyyət dəyişikliyi və s.)

      • riskin başqa icraçılara ötürülməsi

      • ehtiyatların planlaşdırılması (vasitələrin, müddətin)

      • qeyri-müəyyən vəziyyət

    • Risk hadisələrinə reaksiya vermək

      • siyasətin və prosedurların müəyyənləşdirilməsi

      • öhdəliklər

      • risk modelləri

      • monitorinq və icmal

      • tənzimləmə sistemləri

    • Risk üzrə verilənlərdən istifadə etmək

      • keçmiş təcrübə üzrə biliklər bazası

      • layihənin mövcud biliklər bazası

      • layihənin qiymətləndirilməsi

      • arxivləşdirmə




Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin