17. İşin iyerarxik strukturu anlayışını xarakterizə edin İşin iyerarxik strukturu
İcraedici struktur modellər funksiyaların yerinə yetirilməsi prinsipinə əsasən qurulmuşdur və adətə layihənin ilk mərhələlərində müəyyənləşdirilir və layihənin ümumi görünüşünü təsvir edir. Layihənin strukturunun qurulmasında bir neçə prinsiplər mövcuddur:
Struktur model layihəni yerinə yetirmək üçün nəzərdə tutulan işlər çoxluğudur. Bu çoxluq daha da çox layihənin dekompozisiya ierarxiyasının aşağı səviyyəsini əhatə edir. Qərb ölkələrində bu modellər – Work Break-down Structure (WBS) adlanır.
Layihənin miqyasından, mürəkkəbliyindən asılı olaraq onun strukturunun ierarxiya səviyyəsinin sayı müxtəlif olur. Adətən, ierarxiya 6 səviyyədən 8 səviyyəyə qədər olur. Lakin bir neçə ümumi qaydalara əsasən layihənin dekompozisiya olunmuş struktur modelinin (WBS) yuxarı səviyyəsi onun funksiyalarını, aşağı səviyyəsi isə sadəcə olaraq işləri təsvir edir.
Layihənin ümumi struktur modeli aşağıdakı kimi təsvir edilir:
Ümumi proqram – layihənin digər layihələr içərisində rolunu və yerini müəyyənləşdirir.
“Layihə - Ümumi tapşırıq – Tapşırıqlar” səviyyəsi layihənin funksional hissəsini xarakterizə edir.
“İşlər kompleksi – İş” səviyyəsi isə işlərin yerinə yetirilməsinə aiddir və bu səviyyədən layihə rəhbəri işlərin yerinə yetirilməsi haqqında məlumat alır.
Layihələrin idarə edilməsində strukturlaşma prinsipi əsas yer tutur, məsələn:
məqsədlər strukturu
qiymətlər strukturu
risk elementlərinin strukturu
məsuliyyət bölgüsü strukturu
şəbəkə modelləri strukturu.
Layihənin uğurla yerinə yetirilməsi üçün əsas şərtlərdən biri onun düzgün strukturlaşdırılmasıdır. Struktur modellər layihənin tam həyat dövründə müxtəlif məsələlərin həllində istifadə edilir. Layihənin idarə edilməsi prosesində adətən aşağıdakı hallarda bu modellərdən istifadə edilir:
layihənin məqsədinin təhlili;
layihəninyerinə yetirilməsində alternativ qərarların seçilməsi, təhlili, qiymətləndirilməsi və qurulması;
layihənin modellər əsasında əvvəlcədən planlaşdırılması; işlərin qiymətini, vaxtını və ehtiyatlarını müəyyənləşdirmək;