1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Layihə uğurlarını xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə11/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
Layihe menecmenti son

12. Layihə uğurlarını xarakterizə edin
Layihə uğurları
Layihə uğurları obyekt üzrə uğurlar və menecment uğurlarına bölünür. Belə ki, layihənin idarəetmə uğurları layihə məqsədlərinin və planlaşdırılan işlərin həyata keçirilməsi, vaxt və dəyəri ilə uyğunluq təminin edilməsi şəklində aydın olur. Obyekt uğuru isə layihə və onun “sosial mənfəəti” səviyyəsini nəzərdə tutur. Layihə uğurunun keyfiyyətinə mənfi təsir göstərən amillər aşağıdakı şəkildə qruplaşdırmaq olar:

  • Məqsədlər toplusunu bir neçə dəfə dəyişmə;

  • Müəyyən olunmuş vaxtlarda uyğunsuzluq;

  • Əməkdaşaların dəyişməsi;

  • Resursların məhdudluğu;

  • Vaxt məhdudluğu;

  • Layihə komandasının motivasiya çatışmazlığı;

  • Təqdimatların yekdil olmaması;

  • Kənarda layihənin nüfuzuna mənfi rəy;

  • Komandanın dağılması və s.

Hansı layihələri uğurlu hesab etmək olar?
Layihədə nəzərdə tutuımuş bütün fəaliyyətlər tam icra edilib

  • Nəzərdə tutulmuş müddətdə (vaxtında) tamamlanıb

  • Təsdiqlənmiş büdcə (maliyyə) çərçivəsində yerinə yetirilib

  • Fəaliyyətlər bütün keyfiyyət ğöstəricilərinə cavab verib

  • Nəzərdə tutulmuş məqsəd və vəzifələrə nail olub

  • Tərəfdaşların və donor/ların istəkləri və iştirakı tam təmin olunub, bütün tərəflər layihənin nəticələrini qəbul edir

  • •Fəaliyyətlər KİV-lərin marağına səbəb olub

  • •Tədbirlərdə VİP-lər iştirak edib

  • •Layihənin icrasını dolğun şəkildə təsvir edən hesabatlar hazırlanıb/təqdim edilib

      • Layihənin müddəti uzadılıb (növbəti mərhələ) və yaxud eyni layihənin digər ərazilərdə genişləndirilməsi)

      • Güclü komandanın yaranmasına səbəb olub

Layihələrin uğurla tamamlanmasına səbəb olan elementlər:

  • •Tərəfdaşların layihə təklifinin hazırlanmasında, icrasında və qiymətləndirilməsində iştirak etməsi

      • Layihənin mövzusu həqiqi (real) ehtiyaclara əsaslanaraq araşdırma nəticəsində seçilmişdir. Araşdırma müxtəlif tərəflərin, sosial təbəqələrin, sektorların, və s. fikirlərini özündə əks etdirir

      • Bacarıqli və təcrübəli layihə rəhbəri (o, həm də tərədaşlar və işçilər tərəfindən lider kimi qəbul olunmalidir)

      • Işçilər üçün real əmək haqqlarının nəzərdə tutulması (ucuz işçi qüvvəsi yox, təcrübəli və savadli işçilər)

      • Layihənin hazırlanması və icrası üçün məntiqi strukturun yaradılması

      • Real məqsəd, vəzifə və fəaliyyətlər

  • •Tərfdaşlar və işçilər üçün dəqiq fəaliyyətlərin/tapşırıqların hazırlanması və onlarla razılaşdırılması

      • Layihəyə diqqəti artırmaq, tərəfdaşları və işçiləri ruhlandırmaq üçün layihənin ilkin mərhələlərində uğurla nəticələnəcək fəaliyyətlərin nəzərdə tutulması

      • Budcənin (budcə komponentlərinin) və icra müddətinin düzgün hesablanması (fəaliyyətlərin budcə və dəqiq vax çərçivəsində icra olunması)

      • Nailiyyətləri və problenləri dəqiq ölçə bilən və lazım olduqda layihihədə hər-hansı bir dəyişiklikləri tövsiyə edə biləcək monitorinq sisteminin yaradılması (və işçinin olması)

      • Layihənin tərtibatı mərhələsində hazırlanmış göstəricilər əsasında layihənin hiss-hissə (vəzifələr, fəaliyyətlər, və s.) və bütövlükdə qiymətləndirilməsi (tərəfdaşlara və təşkilata bağli olmayan müstəqil ekspertlər cəlb olunmaqla)

Layihənin uğurlu olacağını vəd edən göstəricilər

  • Kim?–insan resursları

  • Nə edəcək?–fəaliyyətlərə cavabdehlik

  • Nə vaxt?–fəaliyyətlərin icra tarixi

  • Harada?–fəaliyyətlərin icra ərazisi

  • Kim üçün?–layihədən bəhrələnəcək insanlar

  • Necə?–yanaşmalar, metod, startegiya, və s.

  • Risklər –fəaliyyətlərin icrasına maneələr araşdırılıb və onların aradan qaldirilmisası üçün plan hazirlanıb

  • Nəticələr–layihənin sonunda nə dəyişəcək?

  • Necə ölçüləcək?–göstəricilər, təsdiqləyici mənbələr




Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin