1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət



Yüklə 133,41 Kb.
səhifə48/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   42   43   44   45   46   47   48   49   50
müasir t

68.Kuba inqilabı.Karib böhranı
Karib hövzəsinin digər dövlətləri kimi Kuba da XX əsrin 40-cı illərinin ortalarında iqtisadi cəhətdən geridə qalmış bir ölkə olsa da, «Antil adalarının incisi» hesab edilir, məhsuldar torpaqlara, xrom və nikel filizi ehtiyatlarına, əlverişli iqlimə malik idi.İkinci Dünya müharibəsi illərində və müharibədən sonrakı ilk illərdə Kubanın iqtisadi vəziyyəti xoşagələn idi. Belə ki, istər müharibə, istərsə də müharibədən sonrakı ilk dövrdə Kuba şəkər və tütün satmaqla çoxlu gəlir əldə etdi. Lakin yenə də Kubanın ABŞ-dan asılılığı davam edirdi.Kuba hökumətinə 1944-cü ildən Qran San Martino başda olmaqla Kuba inqilab partiyası (KİP) başçılıq edirdi.Bu hökumət ABŞ-ı müdafiə edir, «soyuq müharibə»ni bəyənirdi. 1946-cı ildə onun mütərəqqi üzvləri ayrılıqda Kuba Xalq partiyasını təşkil etdilər. Bu partiya inqilabi ideyalara sadiq qalacağını bildirdi. Onun lideri Eduardo Çibis idi. 1948-ci ildə keçirilən prezident seçkilərində Kuba İnqilab Partiyasının namizədi Prio Sokarrasa qələbə qazandı. O, 1952-ci ilə qədər Kubanın prezidenti oldu. Ölkədə sağa doğru dönüş baş verdi. Demokpatik azadlıqlar ləğv edildi, kommunistlərin kütləvi həbsi başlandı. ABŞ-a uyğun siyasət yerdildi. Ölkədə fəhlə tətilləri və kəndli hərəkatı gücləndi. Bundan qorxuya düşən ABŞ-ın hakim dairələri demokratik dairələrin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün 23 1952-ci il martın 10-da çevriliş etdilər və öz tərəfdarları general Batistanı hakimiyyətə gətirdilər. O, 1952-ci il aprelin 4-də «Konstitusiya statusu» adlı sənəd imzaladı ki, bunun əsasında 1940-cı il konstitusiyası təxirə salındı, zəhmətkeşlərin hüquqlarını məhdudlaşdırmaq siyasəti yeridildi. Parlament idarə üsuluna son qoyuldu. Batista əslində diktator oldu.Xarici siyasətdə Kuba ABŞ-a tabe oldu. Latın Amerikasının irticaçı rejimlərini müdafiə etdi. 1952-ci il aprelin 3-də SSRİ ilə diplomatik əlaqələri kəsdi.Bu dövrdə əhalinin həyat səviyyəsi aşağı düşdü. İşsizlərin sayı 650 min idi. 1952-1954-cü illərdə əmək haqqı 14,5% az oldu. Kubanın ABŞ tərəfindən istismarı gücləndi. 1954-cü ildə ABŞ-ın Kubaya kapital qoyuluşu 1 mlrd. dollar idi. Bütün bu hallar isə ölkədə antiimperialist, antifeodal inqilab üçün şəraiti yetişdirdi. Bu diktaturaya qarşı ilk çıxış edənlərdən biri 1926-cı ildə anadan olmuş, iri torpaq sahibinin oğlu, Havana Universitetinin hüquq fakültəsini bitirmiş Fidel Kastro Rus oldu. 1956-cı il iyulun 26-da gənclərdən ibarət təxminən 100 nəfərlik qrup Santyaqo-de Kuba şəhərindəki kazarmalara hücum edib silah ələ keçirmək istəsə də, bu cəhd uğursuz oldu. Onların bir çoxu öldürüldü, qalanlar isə hərbi tribunala verildi. Bu hadisə «26 iyul hərəkatı» kimi tarixə daxil oldu və diktaturaya qarşı mübarizənin başlanğıcı oldu. İki ildən sonra Kastro və onun yoldaşları xalqın tələbi ilə həbsdən azad edildilər. Onlar Meksikaya gedib orada «26 iyul hərəkatı» adlı inqilabi-demokratik təşkilat yaratdılar. Ölkədə isə «İnqilabi Direktorat» tələbə təşkilatı fəaliyyət göstərirdi.1956-cı il dekabrın 2-də «Qranma» motorlu yaxtasında ağır dəniz keçidindən sonra F.Kastronun 82 nəfərdən ibarət dəstəsi Kuba sahilinə çıxdı.
Dəstədə Fidelin qardaşı Raul, Kamilo Syenfusqos, Argentina inqilabçısı Ernesto (Ce) Qevera və b. vardı. Batista əsgərləri ilə döyüşdə onlardan ancaq 22 nəfəri sağ qaldı və üsyançı ordunun dəstəyi oldular. «İnqilabi Direktorat»dan olan bir qrup gənc 1957-ci il martın 13- də Havanada Prezident Sarayına hücum etdi, lakin hamısı həlak oldu.Diktatura ilə mübarizəyə xalq kütlələrinin geniş təbəqələri – tələbələr, xırda burjuaziya, şəhər və kənd təsərrüfatı fəhlələri qoşuldular. Batistanın burjua-demokratik azadlıqları ləğv etməsindən narazı qalan burjuaziyanın bir hissəsi də bu hərəkata maddi yardım göstərirdi. 1958-ci ilin iyulunda Fidel Kastro «26 iyul hərəkatı» adından diktaturaya müxalif olan bütün partiya və təşkilatların iştirakı ilə Mülki İnqilabi Cəbhənin yarandığını elan edən «Syerra Bəyannaməsi»ni imzaladı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin