1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


İngiltərədə mühafizəkar hökümətinin daxili və xarici siyasəti(1951-1964)



Yüklə 133,41 Kb.
səhifə29/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   25   26   27   28   29   30   31   32   ...   50
müasir t

34. İngiltərədə mühafizəkar hökümətinin daxili və xarici siyasəti(1951-1964)
Növbədənkənar seçkilər 1951-ci ilin oktyabrın 25-də keçirildi. Seçkidə mühafizəkarlar 321, leyboristlər 295 mandat qazandı. Mühafizəkarlar Partiyası 1951 -1964-cü illərdə ölkəni idarə etdi. 1951 -1955-ci illərdə hökumətə 77 yaşlı U.Çorçill başçılıq etmişdi.
Daxili siyasət :Hökumətin daxili siyasəti ölkəni iqtisadi böhrandan çıxartmağa yönəlmişdi. Dövlət iqtisadi və sosial məsələlərə müdaxilə edirdi, lakin sosial xərclər azaldıldı. Nəqliyyat müəssisələri və polad zavodları özəlləşdirildi. Hökumət maliyyə sistemində vəziyyəti yaxşılaşdırmaq üçün proqram hazırladı. İngiltərəyə xaricdən xammal idxalı azaldı və ölkədə kütləvi istehlak məhsullarının qiyməti artdı.. Hökumət iri şirkətlərə daha çox kredit verirdi. İstehsalın təmərküzləşməsi nəticəsində transmilli şirkətlərin sayı artdı.XX əsrin 50-ci illərində İngiltərənin iqtisadi inkişafı sürətlənmişdi. İngiltərədə dünyada sənaye məhsulu istehsalının həcminə görə ABŞ-dan sonra ikinci yerdə idi. Lakin daha sürətlə inkişaf edən AFR-in və Yaponiyanın rəqabətinə çətin dözürdü. 60-cı illərin əvvəlində AFR iqtisadi inkişaf səviyyəsinə görə İngiltərəni ötmüşdü. İngiltərə hərbi potensialına və xaricdəki kapitalına görə dünyada ikinci yerini qoruyub saxlamışdı. 50-ci illərin ikinci yarısında ölkə büdcəsinin 37%-i hərbi xərclərin payına düşürdü.
1955-1957-ci illərdə İngiltərə hökumətinə A.İden başçılıq etmişdi. Bu hökumətin həyata keçirdiyi “sıxlaşdırma siyasəti” iqtisadiyyata kapital qoyuluşunun və sosial xərclərin azaldılmasını nəzərdə tuturdu. Mənzillərin qiymətinə nəzarət ləğv edildi, vergilər və nəqliyyatdan istifadə haqqı artırıldı. 1956-cı ilin payızında İngiltərənin Misirə qarşı hərbi müdaxiləsi uğursuz oldu, ölkədə siyasi böhran baş verdi və A.İden istefaya çıxdı.
1957-1963-cü illərdə baş nazir H.Makmillan idi. Mühafizəkarlar Partiyasında müxalifətin fəaliyyətinə son qoyuldu və “mütəşəkkil iqtisadiyyat” siyasəti həyata keçirildi. Bu siyasət iqtisadiyyatda dövlətin tənzimləyici rolunun saxlanmasını nəzərdə tuturdu. H.Makmillan hökuməti sosial-iqtisadi inkişafın dinamik və mütərəqqi milli modelini yaratmaq planı hazırladı. Bu plan iqtisadi inkişafın planlaşdırılmasını, iri şirkətlərə köməyi və rəqabət qabiliyyətli məhsul istehsalını nəzərdə tuturdu. 1962-ci ildə iqtisadi inkişaf planları hazırlamaq üçün Milli Şura yaradıldı. 1961 -1966-cı illəri əhatə edən birinci plana görə məhsul istehsalının həcmi 4% artmalı idi. 50-ci illərdə ölkədə əmək haqqı ildə 5% artmışdı.
Xarici siyasət : Hökumət İngiltərənin dünyada və Avropada rolunun artmasına çalışırdı. ABŞ-la əlaqələr xarici siyasətin əsas istiqaməti idi. U.Çorçill “ üç dairə” konsepsiyasını ardıcıl şəkildə həyata keçirirdi. Hökumət müstəmləkələrdə milli-azadlıq hərakatının qarşısını almağa çalışırdı. İngiltərə 1954-cü ildə yaradılmış SEATO-nun üzvi idi. İngiltərə 1955-ci ildə Bağdad paktına qoşuldu. 1958-ci ilin iyulunda olmuş inqilabdan sonra İraq Bağdad paktından çıxdı və təşkilat SENTO adlandırıldı.
İngiltərə 1956-cı ilin payızında Suveyş kanalı zonasını işğal etmək və Misirdə milli-azadlıq hərakatını yatırmaq üçün Fransa və İsrail ilə birlikdə Misirə qarşı hərbi müdaxilədə iştirak etdi. İngiltərə atom silahına 1952-ci ildə yiyələndi. H.Makmillan hökuməti Malaya, Sinqapur, Qərbi Samoa, Kipr, Malta, Afrika və Vest-Hinddəki müstəmləkələrinin müstəqilliyini tanıdı.
Suveyş böhranı zamanı İngiltərə ABŞ-ın mövqeyindən narazı qalmışdı. 1957-ci ilin oktyabrında İngiltərə hökuməti ABŞ-la münasibətlərin yaxşılaşmasına yönəlmiş “Qarşılıqlı asılılıq” doktrinasını irəli sürdü. 1958-ci ilin fevralında ABŞ İngiltərə ərazisində nüvə raketləri yerləşdirdi. 1958-ci ildə İngiltərə İordaniyaya silahlı müdaxilə etmişdi.
Qərbi Avropa ölkələri ilə əməkdaşlıq İngiltərə xarici siyasətinin əsas istiqamətlərindən biri idi. 1951-ci ildə Avropa Gömrük və Polad birliyinə daxil olmadı. İngiltərə 1957-ci ildə Avropa İqtisadi Birliyinə daxil olmadı. İngiltərə Avropa İqtisadi Birliyin uzunömürlü olmasına inanmır, Avropadakı koalisiyalara qoşulmur və özünü həmin birliklərdən müdafiə edirdi. İngiltərə Qərbi Avropada iqtisadi inteqrasiyanın dərinləşməsinin əleyhinə idi. 1960-cı ildə İngiltərənin təşəbbüsü ilə yaradılmış Avropa Azad Ticarət Birliyinə Danimarka, Norveç, İsveçrə, İsveç, Avstriya və İngiltərə daxil idi.
1961-ci ildə İngiltərə Avropa İqtisadi Birliyinə daxil olmaq üçün müraciət etdi. 1963-cü ildə Fransa İngiltərənin Avropa İqtisadi Birliyinə daxil olmasına veto qoydu. Şarl de Qoll İngiltərəni “ABŞ-ın Troya atı” adlandırmışdı. İngiltərə SSRİ ilə əlaqə saxlayırdı. 1956-cı ilin yazında SSRİ-nin nümayəndə heyəti İngiltərədə olmuş, 1959-cu ilin martında H.Makmillan SSRİ-yə səfər etmişdi. Qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasında münasibətlərin inkişafına təkan verdi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin