1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


IV respublika illərində Fransanın sosial-iqtisadi inkişafı



Yüklə 133,41 Kb.
səhifə32/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
müasir t

37.IV respublika illərində Fransanın sosial-iqtisadi inkişafı
1946-cı il seçkiləri nəticəsində hökumət başçısı Leon Blüm oldu. 1947-ci ildə Blüm istefa verdi. Yeni hökümətin başçısı Ramadye oldu. Hökumətin tərkibinə Xalq Respublika Hərəkatı Partiyasının və kommunistlərin nümayəndələri daxil edildilər. 1947-1948-ci illərdə Fransanın baş naziri Robert Şuman oldu. IV respublika illərində dövlət iqtisadiyyata ciddi şəkildə müdaxilə edirdi. İstehsalın təmərküzləşməsi gücləndi. Təmərküzləşmə kənd təsərrüfatında da baş verdi. Fransada dövlet inhisarçı tənzimləmənin başlıca xüsusiyyəti iqtisadiyyatın proqramlaşdırılması oldu. 1947-ci ildə hökumət iqtisadiyyatın modernləşdirilməsini nezerde tutan Monne planını qəbul etdi. Ölkədə iqtisadi vəziyyət tədricən normallaşdı. 1948-ci ildə sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı. 1949-cu ildə kartoçka sistemi ləğv edildi. 1950-ci ildən isə ölkədə iqtisadi yüksəliş başlandı. Kənd təsərrüfatı sahəsində müharibədən əvvəlki səviyyəyə yalnız 1950-ci ildə çatmaq mümkün oldu. IV Respublikanın son ilində 1958-ci ildə sənaye istehsalının həcmi müharibədən əvvəlki səviyyədən 2,5 dəfə çox oldu. 1954-cü ildə iqtisadi inkişafa dair ikinci plan heyata keçirilməyə başlandı. İqtisadiyyatın dövlet tənzimlənməsi Fransanın inkişafında mühüm rol oynadı. 1948-58-ci illerde Fransada sənayenin yeni sahələri qaz və neft çıxarma, neft emalı, atom, elektronika və kimya sənaye sahələri yaradıldı. Bu sənaye sahələrinin inkişafı başlıca olaraq xaricdən alınan kredit və istiqrazların hesabına baş verdi. 1948-52-ci illərdə Fransa Marşal planına uyğun olaraq 3,2 milyard dollarlıq xarici istiqraz və kredit aldı. Xaricdən alınan kreditlər əsasən yeni texnologiyanın alınması ve tetbiqinə xərclənirdi.
Hökumətin sosial-iqtisadi siyasəti sahəsində kəskin ixtilaflar mövcud idi. 1947-ci ilin aprel ayında Reno avtomobil zavodunun fəhlələri tətil edərək əmək haqqının artırıl- masını tələb etdilər. Kommunistlər tətil edən fəhlələrin tələblərini müdafiə etdilər. Üç partiyalı koalisiyanın digər partiyaları isə tətilçilərin tələblərinin əleyhinə çıxış edirdilar. Belə vəziyyətdə 1947-ci il mayın 5-də baş nazir Ramadye kommunistləri hökumət həmrəyliyini pozmaqda təqsirləndirdi. Prezident Vensan Oriol kommunistlərin hökumətin tərkibindən çıxarılması haqqında dekret verdi. Beləliklə, üç partiyalı koalisiya parçalandı. Kommunistlərin hökumətdən qovulması sinfi mübarizəni kəskinləşdirdi. 1947-ci ilin noyabr ayında Ümum Əmək Konfederasiyasının çağırışı ilə ümumi tətil başlandı. Ümumi tətildə 3 milyon zəhmətkeş iştirak edirdi. Fəhlələr tez-tez şaxtaları və zavodları tuturdular. Bəzi hallarda polislə toqquşmalar da baş verirdi. Tətilçilərin əsas tələbi əmək haqqının artırılması idi.
Tətilin ən qızğın vaxtında Ümum Əmək Konfederasiyasının rəhbərliyinə daxil olan sosial-reformistlər həmkarlar ittifaqlarının parçalanmasına nail oldular. Sosial-reformistlər Ümum Əmək Konfederasiyasından çıxaraq "Fors uvriyer" (Fəhlə qüvvəsi) adlı yeni həmkarlar ittifaqı birliyi yaratdılar. "Fors uvriyerin" rəhbərlərii tətilin dayandılmasını teleb etdiler. Beləliklə, tətil tələblərin qismən ödənilməsi ilə başa çatdı.
1950-ci ilin may ayında 1948-1953-cü illərdə Fransanın xarici işlər naziri işləmiş R.Şuman Qərbi Avropa ölkelerinin kömür və polad istehsalını birləşdirmək təklifini irəli sürdü. Bu plan «Şuman planı» adını aldı. 1951-ci ilin aprel ayında Fransanın iştirakı ilə Avropa kömür və polad birliyi yaradıldı. Fransa sonralar 1957-ci ildə Avropa İqtisadi Birliyinin (Ümumi bazar) yaradılmasında iştirak etdi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin