1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


XX əsrin 50-ci illərində Qərbi Avropada inteqrasiya prosesləri, Avropa İqtisadi Birliyinin yaradılması



Yüklə 133,41 Kb.
səhifə46/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   42   43   44   45   46   47   48   49   50
müasir t

60. XX əsrin 50-ci illərində Qərbi Avropada inteqrasiya prosesləri, Avropa İqtisadi Birliyinin yaradılması.
1951-ci il aprelin 18-də AFR, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq Avropa kömür və polad birliyinin yaradılması haqqında müqavilə imzaladılar. Fransanın xarici işlər naziri R. Şuman tərəfindən 1950-ci il mayın 9-da təklif Olunan bu plan Şuman planı adlanırdı. Avropa kömür və polad birliyinin Yaradılması (saziş 1952-ci ilin iyulundan qüvvəyə mindi) bu birlikdə xüsusi rolu Olan AFR üçün iqtisadi və hərbi-siyasi əhəmiyyət kəsb etdi. 1952-ci il mayın 26-Da ABŞ, İngiltərə, Fransa və AFR nümayəndələri Bonnda ümumi müqavilə-“Almaniya Federativ Respublikası və üç dövlət arasında münasibətlərə dair Müqavilə”ni imzaladılar. Müqavilə işğal statusunun ləğvini qanuniləşdirdi. Üç Dövlət və AFR arasında diplomatik münasibətlər bərpa olundu. Müqavilə Qərbi Almaniya hökumətinə daxili və xarici siyasət məsələlərinin həllində tam Səlahiyyət verdi. Bonn müqaviləsi AFR-in Avropa ordusunda iştirakını nəzərdə Tuturdu. Mayın 27-də Fransa, AFR, İtaliya, Belçika, Niderlan və Lüksemburqun Xarici işlər nazirləri Parisdə “Avropa Müdafiə Birliyinin təsis edilməsi haqqında Müqavilə”ni imzaladılar. Bu müqavilə 132 maddədən, bir sıra protokol və Sazişlərdən ibarət idi. Müqavilənin birinci maddəsinə görə ümumi orqan, ümumi Hərbi qüvvələr və ümumi büdcə altında Avropa Müdafiə Birliyi təsis olunurdu.İkinci və beşinci maddələrdə göstərilirdi ki, bu birlik NATO çərçivəsində və Onunla sıx əməkdaşlıqda fəaliyyət göstərir. Dörd böyük dövlətin xarici işlər Nazirlərinin Berlin müşavirəsi 1954- cü il yanvarın 25-dən fevralın 18-dək Keçirildi. Müşavirədə alman problemi, Avropa təhlükəsizliyinin təmin edilməsi, Avstraliya ilə dövlət müqaviləsi haqqında məsələ və s. Müzakirə olundu. 1954-cü İl oktyabrın 23-də Paris müqavilələri imzalandı. Oktyabrın 23- də qəbul olunan Paris müqavilələrinin ən vacibi bunlar idi: AFR və üç dövlət arasında AFR ərazisində xarici hərbi qüvvələr və onların heyətinin hüquqlarına və vəzifələrinə dair münasibətlər haqqında; müharibə və təcavüz nəticəsində yaranmış məsələlərin tənzimlənməsi Berlində və AFR ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsi haqqında; 1948-ci il Brüssel müqaviləsinin genişlənməsi və yenidən baxılması və Şimali Atlantika müqaviləsinin təşkili və s. Sənədlər. 1955-ci ildə AFR NATO-ya qəbul edildi. 1955-ci il iyulun 18-23-də Cenevrədə SSRİ, ABŞ, İngiltərə və Fransanın dövlət başçılarının müşavirəsi keçirildi. Müşavirənin İşində əsas yeri alman məsələləri və Avropada təhlükəsizliyin təmin edilməsi , Silahlanmanın ixtisar edilməsi,atom silahının qadağan edilməsi barəsində Məsələlər tuturdu. 1955-ci ilin mayın 14-də Avropanın sosialist ölkələri Varşavada dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzaladı Və Varşava Müqaviləsi Təşkilatı yaradıldı. Sosialist ölkələrinin hərbisiyasi bloku Olan Varşava Müqaviləsi Təşkilatı Avropa təhlükəsizliyinin möhkəmlənməsin çalışmalı və üzv ölkələrin təhlükəsizliyini təmin etməli idi. 9 maddədən ibarət olan Varşava Müqaviləsi sonradan artmaq şərti ilə 20 il müddətinə imzalanmışdı. Avropa İqtisadi Birliyinin yaradılması. 1957-ci ildə Romada AFR, İtaliya, Fransa, Belçika, Niderland və Lüksemburq Avropa İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzaladılar. Birliyin başlıca məqsədi iştirakçı ölkələr arasında gömrük ittifaqının yaradılması, işçi qüvvəsi, xidmət və kapital üçün ümumi bazarın formalaşdırılması, üçüncü ölkəyə qarşı vahid ticarət siyasətinin həyata keçirilməsi, iqtisadi və valyuta ittifaqının yaradılması, iştirakçılar arasında iqtisadi və valyuta siyasətində fərqlərin aradan qaldırılması, kənd təsərrüfatı ve nəqliyyat sahəsində ümumi siyasətin həyata keçirilməsi, iqtisadi qanunvericiliyin yaxınlaşdırılması idi. AİB-in yaradılması ilə dünyada ikinci iqtisadi güc mərkəzi meydana çıxdı. Birliyin yaradılmasında son məqsəd siyasi ittifaqın qurulmasına nail olmaq idi. AİB-in rəhbər orqanları olan komissiya və Nazirlər ŞurasıB (Belçika) yerləşdi.



Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin