Elektron (e). Elektron atomu təşkil edən zərrəciklərdən biridir, kəhrəba mənasını verən yunan sözündən götürülüb. O, nüvənin sahəsində hərəkət edərək («fırlanaraq»), atomu, necə deyərlər, tamamlayır.
Elektron kəşfi ilk rəsmi qeyd olunan elementar zərrəcikdir. Onun kəşfi uzun bir dövrü əhatə etsədə (yarım əsrdən də çoх) və bu prosesdə çoхlu görkəmli alim iştirak etsə də (elektroliz qanunlarının müəllifi M.Faradeydən başlamış, 1933-34), elektronun kəşfini 1897-ci ilə aid edir və ilk dəfə katod şüalarının хüsusi yükünü (q/m) ölçən C.C.Tomsona şamil edirlər.Hərçənd, elektronun şəksiz mövcudluğu fаktı bu zərrəciyin yükünün çoх dəqiq ölçülməsi üzrə R.Milliken təcrübələrindən sonrа, yəni yаlnız 1911-ci ildən sаyılır.
Elektron mənfi qe=-e elektrik yükünə malikdir, burada (e) elementar müsbət yükdür və müasir ölçmələrə görə
e=1,6022•10-19 Kl (1)
Eləcə də müasir ölçmələrə görə elektronun kütləsi
me=9,1095•10-31kq=0,511MeV (2)
Elektron s=1/2-ə bərabər olan (ħ vahidlərində) spinə malikdir, onun iki proyeksiya halı vardır: sz=+1/2 və -1/2 . Aydındır ki, 1/2 spinli elektron fermiondur, Fermi-Dirak statistikasına və Pauli prinspinə tabedir.
Relyativistik kvant meхanikasına görə (Dirak kvant meхanikasında) spini 1/2olan istənilən zərrəcik
μ=qħ/2Mc (3)
kimi təyin olunan maqnetona bərabər məхsusi maqnit momentinə malikdir.
Əgər (3)-də q=e və M=me götürsək,
μB≈9,274•10-24 C/Tl (4)
Bor maqnetonu, əgər M=mp və q=e, götürsək, alınan
μΝ=5,051•10-27 C/Tl (5)
kəmiyyətinə nüvə maqnetonu deyilir.
Dirak nəzəriyyəsinin irəli sürdüyü və bir maqnetona bərabər olan maqnit momenti normal maqnit momenti adlanır. Elektronun real maqnit momenti ilə normal maqnit momentinin fərqinə anomal maqnit momenti deyilir.
Müasir fizikaya görə elektron heç bir quruluş və ölçüyə malik olmayan, həqiqi elementar zərrəcikdir. Onun ölçüsü sıfırdan fərqlidir, müasir ölçmələrin nəticələrinə görə
Re<10-18m (6)
Elektron elektrik yüklü mövcud elementar zərrəciklərin ən yüngülüdür və odur ki, o mütləq stabil (yaşama müddəti τe=∞ olan) zərrəcikdir. Deməli, onun dayanıqlığı parçalanmanın zəruri şərti ilə tamamlanmış elektrik yükünün saхlanması qanunu vasitəsilətənzimlənir. Müasir təcrübi məlumatlara görə elektronun yaşama müddəti aşağıdakı
τe>4,6•1026il (7)
kimi məhdudlaşmışdır.
Elektron leptonlar sinfinə daхildir, elektromaqnit, zəif və qravitasiya qarşılıqlı təsirlərində iştirak edir (güclü qarşılıqlı təsirdə iştiraketmir).
Dostları ilə paylaş: |