Foton (γ). Foton işıq mənasını verən < yunan sözündəndir. Elektromaqnit şüalanmasının kvantidir.Elektromaqnit sahəsi və onunla əlaqədar hadisələrin öyrənilməsinin tarixi çox qədim və miqyası çox böyük (Faradey, Maksvell, Hers və s.) olsa da, elektromaqit sahəsinin foton quruluşuna malik olması ideyasının ciddi başlanğıcı kimi M.Plank və xüsusilə A.Eynşteyn hipotezlərini götürmək olar.
Alimlərin bütün ciddi cəhdlərinə baxmayaraq, klassik fizika çərçivəsində mütləq qara cismin şüalanmasının spektral sıxlığının təcrübi mənzərəsini heç cür izah etmək mümkün olmamışdır. Odur ki, Plank 1900-cü ildə klassik təsəvvürlərə tamamilə yad olan aşağıdakı hipotezi irəli sürmüşdür: cisimlər elektromaqnit dalğalarını (işığı) kəsilməz deyil, hər birinin enerjisi
ε =ħω (15)
kimi təyin olunan ayrı-ayrı porsiyalarla (diskret) buraxırlar (ω-işığın dairəvi tezliyi, ħ=h/2π mütənasiblik əmsalı olub,