3. İdarəetmədə avtomatlaşdırma sistemi. Bu sistemin köməyilə mehmanxananın daimi qonaqları, onların tələbələri və hesabları haqqında,nömrələrin bron məlumatlarını qəbul etmək, saxlamaq və s. əməliyyatlar mümkündür. Kompüterin yaddaşında olan siyahıda istənilən qonaq haqqında məlumatı tapmaq olar. Bu sistem kompüter proqramları komplektindən ibarətdir.Bu proqramlar əsas dörd proqram inzibatçiları və bölmələri zəruri məlumatlarla təmin edir.
- Brondlaşdırma (nömrələrin sifarişinin qəbulu) bölməsini idarəetmə;
- Nömrələrin xidmətini idarəetmə;
- Qonaqlarla hesablamanı idarəetmə;
- Otelin ümumi məsələlərini idarəetmə;
Otelin yüzdən çox əməkdaşı idarəetmənin avtomatlaşdırma sistemindən müntəzəm istifadə edib müxtəlif məlumatlar alır:
1. Brondlaşdırma (nömrələrin sifarişinin qəbulu);
2. Baş inzibatçının ofisi;
3. Kollektiv hesabların rəsmiləşdirilməsi;
4. Daimi qonaqlar haqqında məlumat;
5. Hesabların redaktə edilmiş mətni;
6. Səyahətləri təşkil edən agentliklərin göstərdiyi xidmətlərin hesabı;
7. Turların rəsmiləşdirilməsi;
8. Inzibati-təsərrüfat məsələləri;
9. Gəlirləri idarəetmə;
10. Kompleks proqramları yaratmaq və s.
Iri və orta mehmanxanalarda inzibatçilar mini-kompüterlərdən istifadə edir. «Marriot Hotels» şirkətinin idarəetmə-avtomatlaşdırma sistemi İBM 173 Risk System/6000 əsasında yaradılıb. Bu sistem dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən 250 oteli əhatə edir. «Holiday Inn Worldwide» şirkəti 60 milyon dollar sərf edərək özünün 1600 otelində idarəetmənin avtomatlaşdırma sistemini yaratmışdır. Şirkətlərin son məqsədi bronlaşmanın qlobal şəbəkəsini yaratmaqdır. Mehmanxana texnologiyası üzrə məşhur mütəxəssis Larri Çervenanın hesablamasına görə, bronlaşdırmanın qlobal şəbəkələrinin yaradılması layihələrinə müxtəlif şirkətlər tərəfindən artıq 3 milyard dollar sərf olunub. Mehmanxana şirkətləri aviaşirkətlərin yaratdığı əsas kompüter şəbəkələri olan «Sabro» («American Airlines») və «Apollo», («Inited Airlines», «Uasir», «Air Canada» və bir sıra Avropa ölkələrinin aviaşirkətləri) və«Amedous» sistemlərindən mehmanxanalarda bronlaşdırma üçün istifadə edir.«Amedous» geniş yayılmış bronlaşdırma kompüter sistemidir. «Amedous» sistemi dünyanın 35000 otelində bronlaşdırma, mehmanxananın yeri, boş nömrələrin sayı və qiymətləri haqqında dəqiq məlumat verir. 1995-ci ilin dekabrından Rusiyada isifadə olunan «Açar» bronlaşdırma sistemi Rusiyanın 40 şəhərini, MDB və Baltikyanı ölkələri əhatə edir.
Beynəlxalq bronlaşdırma sistemlərindən biri də «Covla» dır. Bu «Apollo» sisteminin bir variantıdır. Bu sistemə görə,dünyanın hər yerində yerləşən oteldə nömrə sifariş etmək olar.Bu sistemdən «Rits Karlton», «Swissotel», «Pan Pacific» kimi mehmanxana şəbəkələri istifadə edir. «Hotel and Motel Management» jurnalının apardığı sorğuya görə, biznes işləri ilə əlaqədar səyahət edənlərin 65.2 %-i , mehmanxanalara sifariş olmadan gəlir və nömrə alır. Qonaqlar üçün əsas meyar onun yerləşdiyi yer və nömrənin qiyməti deyil, mehmanxananın təmizliyi, səliqə-səhmanı (91.1) və döşəmələrin, yastıqların rahatlığıdır.(89.1%). Kompüter sistemi ilə müştərilərin arzu-istək, tələbtəklifləri nəzərə alınır və yerinə yetirilir.Bu sistem mehmanxananın rentabelli işləməsinə və nailiyyət qazanmasına kömək edir.