1. Mehmanxana biznesinin inkişaf xüsusiyyətləri və idarə edilməsi Turistlərin qəbulu və xidmətinin təşkili İdarəetmədə avtomatlaşdırma sistemi


Turistlərin qəbulu və xidmətinin təşkili



Yüklə 222 Kb.
səhifə2/5
tarix26.04.2023
ölçüsü222 Kb.
#102957
1   2   3   4   5
M-vzu-117

2. Turistlərin qəbulu və xidmətinin təşkili.
Turistlərin keyfiyyətli xidmətlərlə təmin etmək üçün mehmenxana müəssisəsi komfort, xidmətlərin səviyyəsi yüksək olmalıdır.Baş menecerin daimi və səmərəli nəzarəti altında bütün şöbə və bölmələrin birgə səyi ilə təkmilləşdirilmiş forma, üsul və yeni texnologiyadan istifadə etməklə turistlərə yüksək keyfiyyətli xidmət göstərmək olar. Mehmanxananın təchiz olunmuş, birbaşa giriş qapısına çıxan əsas yolu olmalıdır. Mehmanxanaya bitişik ərazi abadlaşdırılmalı və işıqlandırılmalıdır. Mehmanxanaya turist gətirən avtobusun mühafizəsi təmin olunmalıdır. Mehmanxana vestibülündə turistlərin qəbulu, istirahəti üçün zəruri şərait yaradılmalıdır. Mehmanxananın reklamında xidmətlərin yerləşdiyi yer, iş rejimi və s. haqqında məlumatlar verilməlidir. Turistlərə xidmət göstərən mehmanxana personalı müvafiq peşəkar hazırlığa malik olmalı, xarici dil bilməli, nəzakətli, xoşrəftar, səliqəli xarici görünüşü olmalı, etik qaydalara, sanitar və gigiyenaya əməl etməlidir. Mehmanxana personalı uniformada, yaxasında nişan öz iş yerində olmalıdı. Turistlərin və nümayəndə heyətlərinin mehmanxanada qəbulu üçün əsasən turist firmalarının (məktub, faks, vauçer və s.) və turistlərin passportu olmalıdır. Mehmanxanada turistlərin qəbulu və yaşayışı turist sənədlərində və vizada göstərilən müddətdə yerinə yetirilir. Turist üzrsüz səbəb olmadan turist marşurutundan imtina edərsə, ona artıq xidmət göstərilmir və kompensasiya verilmir (xidmət əvəzi). Mehmanxanada turistlərin qəbulu və qeydiyyatı qəbul olunmuş müvafiq qaydada aparılır. Mehmanxanada turistlər müqavilədə (mehmanxana və turist firmaları arasinda müqavilə) göstərilən qayda üzrə nömrələrə yerləşdirilir. Qrup rəhbərinə ayrıca nömrə verilir. Müxtəlif qrup və ölkələrdən olan turistləri bir nömrədə yalnız onların razılığı ilə yerləşdirmək olar. Turistlərə qeydiyyatdan sonra vizit kartları, baqaj (yük) birkaları (turistin soyadı və otağın nömrəsi göstərilir) və nömrənin açarı verilir. Turistlər birkanı çemodana özləri bərkidirlər.
Mehmanxana inzibatçısı, müvafiq qaydaya görə, 40 nəfərdən ibarət qrupu 15 dəqiqəyə, 100 nəfərə qədər turist qrupunu 40 dəqiqəyə, 100 nəfərdən artıq turist qrupunu 1 saat ərzində qəbul edib sənədləşdirməlidir. Turistlərin qəbul və qeydiyyatının vaxtını azaltmaq məqsədilə inzibatçı əvvəlcədən otaqların nömrələrini və sayını turist firmasının nümayəndəsi olan bələdçi-tərcüməçiyə verir. Qonaqları qarşılayan turist firmasının nümayəndəsi avtobusda yol boyu qrupun rəhbəri ilə birlikdə hər nömrənin qarşısında turistin soyadını yazır və siyahı mehmanxanada inzibatçıya təqdim olunur.
Turistlər mehmanxana nömrələrini saat 12-də (yerli vaxtla)azad etməlidirlər və lazım gələrsə, qrupa 2 və ya 3 növbətçi nömrə verilir. Bələdçi-tərcüməçi və qrup rəhbəri nömrələrin açarlarının inzibatçıya təhvil verilməsinə kömək etməlidir. Mehmanxana nömrələrində buklet, prospekt, kağız, konvert, qələm, əlavə xidmətlərin siyahısı, telefon nömrələri, ingilis və azərbaycan dillərində yanğından mühafizə yaddaşı və s. olmalidir. Mehmanxanada nömrə fondu hər yeni qrupun gəlməsinə 2 saat qalmış hazır olmalıdır. Mehmanxanada nömrələrin hazırlıq vəziyyətinə və keyfiyyətinə mehmanxana rəhbərliyi məsuliyyət daşıyır. Mehmanxananın yüksək dərəcəli nömrəsində döşəkağılar və mələfələr hər gün, adi nömrələrdə üç gündən bir dəyişir. Dəsmallar nömrələrin dərəcəsindən asılı olmayaraq hər gün dəyişilir. Iki və üç yerli nömrələrdə müxtəlif rəngli dəsmallar asmaq tövsiyə olunur. Hər turistin iki çemodanı və yükü pulsuz daşınır. Bundan artıq yükü qiymət cədvəli ilə turist ödəməlidir. Turistlərin yüklərinin nömrələrə daşınması 30 dəqiqədən artıq vaxt aparmamalıdır. Bu işə mehmanxananın inzibatçısı cavabdehdir. Mehmanxanada bütün sutka ərzində mineral sular, şirələr, şirniyyat, çay, qəhvə,tütün məmulatları və suvenirlər satılmalıdır. Mehmanxanada turistlərə xidmət sahələrində (bərbərxana, rabitə, restoran,kafe, bar və s.) ilk növbədə qulluq göstərilir. Mehmanxanada turistlərə tibbi yardım göstərmək üçün mehmanxana rəhbərliyi ərazi üzrə səhiyyə idarəsi ilə müvafiq müqavilə bağlayır. Mehmanxanada yaşayan turistləri təcili tibbi yardım və dərmanla təmin etmək pulsuzdur. Turistlərin əşyalarını qorumaq, xarab olmasının qarşısını almaq məqsədilə aeroportda turistlər öz əşyalarını nəzərdən keçirib yoxlayır, bundan sonra yüklər, çemodanlar və digər əşyalar maşında mehmanxanaya göndərilir. Xidmət personalı nəzarət etməlidir ki, turistlər mehmanxananı tərk edəndə əşyalarını yaddan çıxarıb mehmanxanada saxlamasınlar. Əgər turist əşyanı yaddan çıxarıbsa akt tərtib edib əşyanı təhlükəsizlik və ya rejim xidmətinə təhvil verir.
- Mehmanxanada yaşayan turistlər daxili nizam-intizam qaydalarına riayət etməlidirlər.
- Turist və ya onun nömrəyə dəvət etdiyi qonaq tərəfindən mehmanxana əmlakına zərər dəyərsə, nömrədə yaşayan maddi məsuliyyət daşıyır.
- Nömrəni tərk edən qonaq pəncərələri, su kranlarını bağlamalı, işıq, radio,televizor söndürməli, otağın açarını inzibatçıya təhvil verməlidir.
- Turist nömrədə tezalışan və irihəcmli əşyaları saxlaya bilməz.
- Turist istilik cihazlarından istifadə etməməli və nömrədə ev heyvanları saxlamamalıdırlar.

Yüklə 222 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin