Evristik müsahibə və problemli şərh metodu fakt və hadisələri şagirdlərin fəallığı
əsasında mənimsənilməsinə xidmət edir...
Tədqiqatçılıq metodu şagirdləri müstəqil axtarışlar aparmağa cəlb etməyi əsas tutur.
Bu metodun tətbiqi nəticəsində şagirdlər faktları müşahidə edir,tutuşdurur,lazımi
nəticələri özləri axtarıb tapmağa cəhd göstərirlər.
Azərbaycan dili dərslərinin başlıca praktik vəzifəsi dil öyrətməkdir. Məqsəd bəzi
dərsdə şagirdlərə hər hansı nəzəri bilik və ya məlumatı çatdırmaq,digərində praktik
yolla bu məlumatı möhkəmləndirmək,başqa bir dərsdə isə verilmiş bilik və bacarıqların
qəbul edilmə səviyyəsini yoxlamaqdan ibarətdir. Bu mənada bütün dərs tiplərində
müəllimin sözü aparıcı metod və priyom sayılmalıdır. Çünki müəllimin sözü bütün
dərslərdə həm işi istiqamətləndirən,ümumiləşdirən,həm də yekunlaşdıran əsas
vasitə və üsuldur. Dərsi bunsuz təsəvvür etmək düzgün deyildir.
Müəllimin nitqinə verilən tələblər:
Müəllim dərsə hazırlaşarkən harada necə danışacağını,şagirdlərin qavramalarına hansı
yolla istiqamət verəcəyini əvvəlcədən müəyyənləşdirməli,nitqinə məsuliyyətlə
yanaşmalı və aşağıdakı şərtləri gözləməlidir:
1. Müəllimin nitqi məntiqi cəhətdən sistemli və ardıcıl olmalıdır.
2. Çıxarılan hökmlər,sübutlar,nəticələr şagirdlər üçün aydın,dəqiq və anlaşıqlı
olmalıdır
3. Müəllimin danışığında ədəbi dilin bütün normaları (intonasiya,fasilə,orfoepik
normalar,vurğu və s.) ciddi gözlənilməlidir.
4. Müəllimin danışığı dolğun, məzmunlu olmalıdır. Nitqində artıq söz və cümlə
işlətməməlidir,nitqinin gözəlliyinə və yığcamlığına diqqət yetirməlidir.
5. Müəllim nitqində kiçik bir elmi səhvə yol verməməlidir. Təcrübə göstərir ki, belə
səhvlər müəllimin biliyinə şagirdlərin inamını azaldır.
Ədəbiyyat
1. H.B.Balıyev “Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası”,Bakı-
2003
2. A.Abdullayev “Orta məktəbdə Azərbaycan dili tədrisinin metodikası”,Bakı-
1968,78
3. Y.Ş.Kərimov “Təlim metodları”,Bakı-2009
Dostları ilə paylaş: |