14-Mülki Müdafiə kəşfiyyatı
Kəşfiyyat - MM qüvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir.
Sistemində aparılan kəşfiyyatda məqsəd - güclü istehsalat qəzasından, təbii fəlakətdən və ya düşmən basqınından sonra yaranmış və ya yarana biləcək vəziyyət barədə dəqiq məlumatlar toplamaqdır.
kəşfiyyatının əsas vəzifələri sülh dövründə:
Ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radiaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
Yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizotik vəziyyətə müntəzəm nəzarət
etmək;
Güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyətləri aşkar
etməkdir.
Müharibə dövründə düşmən basqınından sonra isə kəşfiyyatın vəzifələri aşağıdakılar barədə məlumatlar əldə etməkdir:
− işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;
− radiasiyanın səviyyələri, zəhərləyici maddənin konsentrasiyası, zəhərli hava buludunun yayılma istiqaməti;
− zədələnmə ocağının hüdudları;
− xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi;
− mühafizə qurğularının, oradakı adamların vəziyyəti, onlara yardım göstərmənin yolları;
− kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların vəziyyəti;
− yanğın yerləri, onların yayılma istiqaməti;
− hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonaları yaranıb
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.
Dostları ilə paylaş: |