1-Mülki müdafiə xidmətləri, qüvvələri,onların yaradılması və təyinatı



Yüklə 134,9 Kb.
səhifə53/65
tarix02.01.2022
ölçüsü134,9 Kb.
#50959
1   ...   49   50   51   52   53   54   55   56   ...   65
Mülki İMtahan

Cari dezinfeksiya – xəstənin yatağı yanında yoluxmanın yayılmasının qarşısının almaq məqsədilə keçirilir (xəstənin ifrazatını və ondan yoluxan əşyaların zərərsizləşdirilməsi və s. kimi tədbirlər).
Son dezinfeksiya yoluxma ocağında xəstə təcrid ediləndən, xəstəxanaya qoyulandan, sağalandan və ya öləndən sonra yoluxma ocağını xəstəlik törədicidən tam surətdə təmizləmək məqsədilə keçirilir.

Göstəricidən asılı olaraq dezinfeksiya işləri mexaniki, fiziki və ya kimyəvi üsulla və zərərsizləşdirmə vasitələrindən istifadə edilməklə yerinə yetirilir.


Mexaniki üsul – bina və avadanlığın yaş əski ilə silib təmizlənməsindən, otaqların tozsoranla tozdan təmizlənməsi, binaların ağardılması və rənglənməsindən, əllərin yuyulmasından ibarətdir. Bu vasitələrlə bina və paltarlar mikroblardan 50-70% təmizlənir.
Fiziki dezinfesksiya üsulu və vasitələri daha sadə və asandır. Bu məqsədlə günəş şüalarından, ultrabənövşəyi şüalardan, qızdırılmış ütüdən, zibilin yandırılması üsulundan, quru qızmar havadan və su buxarlarından, habelə qaynatma üsulundan istifadə olunur.
Kimyəvi üsulda isə kimyəvi maddələrdən istifadə olunur. Bir sıra kimyəvi maddələr mikrobun hüceyrələrinə məhvedici təsir göstərir. Bunlardan aşağıdakı sadalanan maddələr dezinfeksiya üçün daha geniş istifadə olunur.
Dezaktivasiya
Dezaktivasiya – qurğulardan, binalaradan, paltardan, sudan, qida məhsullarından və s. radioaktiv maddələrin təmizlənməsidir.

Dezaktivasiya nüvə istehsalında, radioaktiv izotoplarla iş zamanı təhlükəsizlik qaydalarına riayət edilmədikdə, radioaktiv tullantılar daşınarkən baş verən qəzalardan sonra ətraf mühitin radioaktiv çirklənməsi zamanı həyata keçirilir. Dezaktivasiyanın əsas məqsədi – radioaktiv maddələrlə yoluxma səviyyəsinin maksimal dərəcədə azaldılmasıdır.


Bu məqsədə çatmaq üçün fiziki və kimyəvi metodlardan istifadə olunur. Yoluxmuş əşyaların (qurğuların) səthi ilə zəif əlaqədə olan radioaktiv maddələri, məsələn, obyektin üzərinə düşmüş radioaktiv tozu fiziki metod ilə kənar edirlər (tozu su ilə yumaq, parça ilə silmək, çırpmaq və s.). Dezaktivasiyanın fiziki metdoları az effektli olduqda, yəni radioaktiv maddələr yoluxmuş əşyalarla (qurğularla) möhkəm əlaqədə olduqda kimyəvi metodlardan (turşuların, qələvilərin, yuyucu vasitələrin və s. radioaktiv maddələrlə əlaqədə olduqda su ilə rahat təmizlənən digər birləşmələrin tətbiqi) istifadə olunur.


Yüklə 134,9 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin