17Adi qırğın silahları
Adi qırğın vasitələrini aşağıdakı kimi qruplarla da təsnif etmək mümkündür:
Qəlpəli silahlar;
Fuqas döyüş sursatları;
Kumulyativ döyüş sursatları;
Beton dağıdan bombalar;
Yandırıcı silhalar;
Həcmli partlayış döyüş sursatları;
Dəqiq silahlar.
Qəlpəli silahlar
Qəlpəli silahlar əsasən insanları məhv etmək üçün nəzərdə tutulub. Bu tip bombaların ən effektli sursatlarından biri kürə formalı döyüş sursatlarıdır. Kassetli döyüş sursatlarının içərisində kürə formalı 96-640 ədəd bomba yerləşdirilir. Kürə formalı bomba uzunluğu 35sm, diametri 7.5 sm olan silindrik gövdədən ibarətdir. Onun içərisi partlayıcı maddə ilə doldurulub, divarlarına isə 250 ədəd, kütləsi 0.7-1.0 q olan metal kürəciklər və ya dörbucaqlı metallar dodurulub. Partlayış zamanı kürəciklər və ya dörbucaqlı metallar 100 m2 ətrafa yayılır və mühafizə olunmamış adamları zədələyirlər.
Yerə çatarkən kasset açılır, bombalar isə 250 min m2 əraziyə dağılır və partlayır.
Dostları ilə paylaş: |