Fuqas döyüş sursatları
Hərbi və mülki obyektlərin, istehsalat, yaşayış və inzibati binaların, texnikanın dağıdılması, insanların qətlə yetirilməsi üçün istifadə olunur.
Adi partlayıcı maddələr partlayarkən yaranan hava dalğası əsas zərbə faktorudur.
Partlayıcı maddənin (trotil, heksogen və onların qarışığı) ağırlığı 50-200 kq-a qədər olur.
Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli çuxur əmələ gətirir. Fuqas döyüş sursatı partlayarkən partlayış məhsullarının genişlənməsi və həmin mühitdə zərbə dalğasının yaranması müşahidə olunur.
Dostları ilə paylaş: |