1-Mülki müdafiə xidmətləri, qüvvələri,onların yaradılması və təyinatı


Deqazasiya üsulları və onların xarakteristikası



Yüklə 134,9 Kb.
səhifə51/65
tarix02.01.2022
ölçüsü134,9 Kb.
#50959
1   ...   47   48   49   50   51   52   53   54   ...   65
Mülki İMtahan

Deqazasiya üsulları və onların xarakteristikası
Deqazasiya kimyəvi, fiziki-kimyəvi və fiziki üsullarla aparıla bilər.
Deqazasiyanın kimyəvi üsulu deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindəki zəhərləyici maddələrlə kimyəvi əlaqələrə qoşulmasına əsaslanır. Nəticədə qeyri-toksik birləşmələr əmələ gəlir.
Deqazasiyanın bu üsulu zəhərlənmiş yerlərin deqazasiya məhlulları (suspenziya), yaxud DTS
QK (xlorlu əhəng) suslu sıyığı ilə təmizlənməsi vasitəsilə əldə edilir.
Bu üsulla deqazasiya zamanı xüsusi maşınların deqazasiya maddələrində isladılmış fırçalarından, əskilərdən və s. istifadə olunur. Zəhərlənmiş qurğuların xüsusən də ağac, dəri, toxuma əşyaları yuxarıdan aşağıya doğru istiqamətdə silib təmizləyirlər.
Deqazasiyanın fiziki-kimyəvi üsulu. Bu üsul yuyucu məhlullar yaxud həlledicilər vasitəsilə zəhərlənmiş səthdən ZM-in yuyulmasına əsaslanır.
Deqazasiyanın effektliliyinə görə, xüsusən də ZM-i qatı resepturalarının deqazasiyası zamanı, yuyucu məhlullar deqazasiya məhlullarına nisbətən zəifdir. Amma yuyucu məhlulların istifadəsində də obyektlərin ilkin zəhərlənmə dərəcəsi 10-100 dəfə azalır, bəzən tam təmizlənir.

Qeyd etmək lazımdır ki, yuyucu məhlullar vasitəsilə yalnız səthi deqazasiyaya nail olunur.


Deqazasiyanın fiziki üsulu yüksək temperaturlu qaz axının təsiri şəraitində zəhərlənmiş səthlərdən ZM-in buxarlanması və qismən parçalanmasına əsaslanır. Bu üsul istilik maşınları vasitəsilə aparılır.
Bu üsulla istənilən ZM-i deqazasiya etmək olur. Nəticədə, digər üsullara nisbətən, tam deqazasiya alınır. O, sürətlə gedir, boyaq örtükləri dağılmır, əl əməyi tələb olunmur (məsələn, avtomobilin tam deqazasiyası üçün 5-6 dəqiqə tələb edilir).


Yüklə 134,9 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin