Rentgenmetrlər – rentgen şüalarının və ya γ-şüalanma dozalarının gücünü ölçmək üçündür.
Radiometrlər – müxtəlif səthlərin, avadanlıqların, texnikanın, paltarların, havanın əsasən α və β hissəciklərlə radioaktiv zəhərlənməsini aşkar etmək bu zəhərlənmənin dərəcəsini təyin etmək üçündür. Radiometr vasitəsilə az səviyyəli γ şüalanmanı da ölçmək mümkündür.
Dozimetrlər – zəhərlənmiş ərazidə fəaliyyət göstərən bütün müddət ərzində şəxsi heyətin aldığı cəmi şüalanma dozalarını (əsasən γ şüalanma dozalarını) təyin etmək mümkündür.
İonlaşdırıcı şüalanmaların aşkar edilməsi və ölçülməsi üsulları
İonlaşdırıcı şüalanmaları aşkar etmək, onların enerjisini və digər xassələrini ölçmək üçün istifadə edilən cihazlara detektor deyilir.
Detektor özündə udulan şüalanma enerjisini qeyd etmək üçün daha münasib olan digər bir enerji növünə çevirir. Adətən elə detektorlar tətbiq olunur ki, onlarda ionlaşdırıcı şüalanma enerjisi elektrik siqnalına çevrilir. Detektorun iş prinsipi xeyli dərəcədə. Şüalanma ilə detektor maddəsinin qarşılıqlı təsiri zamanı meydana çıxan halın (effektin) xarakteri ilə müəyyən edilir, cihazın işi (şüalanmanı qeyd etməsi) ilə bu effektin aşkar edilməsi və ölçülməsi ilə əlaqədardır.
Şüalanma dozası
İonlaşdırıcı şüalanmanın təsiri zamanı bioloji obyektlərdə (canlı orqanizmlərdə) baş verən şüa zədələnmələrinin dərəcəsi, dərinliyi və forması – ilk növbədə bu obyektdə udulan şüalanma enerjisinin kəmiyyətindən asılı olur. Bu göstəricini xarakterizə etmək üçün udulan doza anlayışından istifadə olunur. Udulan dozanın vahidi olaraq hər kiloqrama düşən Coul (C/kq) qəbul edilmişdir.
Radiobiologiyada udulan dozanın sistemdən kənar ölçü vahidi olaraq rad daha geniş işlədilir.
Dostları ilə paylaş: |