Boğucu təsirli ZM elə maddələrə deyilir ki, onlar xüsusən ağciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalarına güclü təsir göstərmir.
Boğucu təsirli zəhərli maddələr qrupuna fosgen və difosgen aiddir.
Qıcıqlandırıcı ZM Si-Es və adamsit aid edilir. Adamsit yaşılımtıl rəngli bərk maddədir, suda həll olmur,
Gözyaşardıcı və ya lakrimator (yunanca lakrime-göz yaşı) maddələr gözlərin, burunun selikli qişalarını qıcıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərin spazması, burundan güclü selik axması ilə nəticələnir.
19- nüvə silahı
Nüvə silahı, məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələyici xassəyə malikdir. Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Nüvə partlayışı nəticəsində beş cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amillləri deyilir. Bunlar aşağıdakılardır:
Zərbə dalğası (50%), işıq şüalanması(35%), nüfuzedici radiasiya(4%), yerin radioaktiv zəhərlənməsi(10%) və elektromaqnit impulsu(1%).
Zərbə dalğası partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox güclü sıxılmış hava, torpaq, su qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən olan məsafədən, yerin relyefindən və s. asılı olur. Mühafizə olunmayan adamlar 20-40 kPa izafi təzyiq zamanı yüngül zədələnməyə, 40-60kPa nəticəsində orta dərəcəli zədələnməyə, 60-100 kPa nəticəsində ağır dərəcəli zədələnməyə,100 kPa artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli zədələnmələrə məruz qalırlar. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Bu məqsədlə xəndəkdən, yeraltı binalardan, habelə yerin relyefindən də (çala, dərə, meşə) müəyyən dərəcədə istifadə etmək mümkündür.
Dostları ilə paylaş: |