Elektromaqnit impulsu. Nüvə partlayışı anında ətrafa külli miqdarda qamma-kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə girərək elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə, kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısamüddətli, lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsları deyilir.
20-bioloji-Neytron silahının zədələyici xüsusiyyəti.
Neytron silahı zəif istilik-nüvə sursatıdır. Əsas zədələyici təsiri neytronlar selinin nüfuzedici təsirindən ibarətdir. Adi nüvə sursatında nüfuzedici radiasiyanın yaranması üçün partlayış enerjisinin ancaq 5%-i sərf olunur, neytron sursatında isə bu zədələyici amilin payına enerjinin neytronlar seli digər nüvə partlayışına nisbətən 5-6 dəfə güclü olduğu üçün adamlar radiasiyadan zədələnməyə zərbə dalğasının və işıq şüalanmasının təsir dairələrindən daha çox məruz qalırlar. Neytron bombası partlayışının təsirindən mühafizə olunmayan adamlar partlayış mərkəzindən 800 m-dək məsafədə bir anda, 1600 m-dək məsafədə partlayışdan bir neçə gün sonra məhv ola, 2000 m məsafədə isə ən təhlükəli şüa xəstəliyinə tutula bilərlər. Qış vaxtı (rütubətli havada) neytron selinin zərərli təsir məsafəsi yaydakına nisbətən 1,2 dəfəyədək az olur. Neytron partlayışı zamanı nüfuzedici radiasiyadan mühafizə nisbətən çətindir. Partlayış zamanı nüfuzedici radiasiyanın təsir dairəsi eyni güclü digər nüvə sursatlarının təsir dairəsindən təxminən iki dəfə artıqdır. Daldanacaqların radiasiyası zəiflətmə əmsalı 1,5-2 dəfə az olduğuna görə, neytron döyüş sursatından qorunmaq üçün nəzərdə tutulan daldalanacaqda divar və tavanın qalınlığı adi radiasiya daldalanacağındakından 1,5-2 dəfə qalın, yəni 130 -150 sm olmalıdır.
Dostları ilə paylaş: |