İnverisya adətən axşam saatlarda, təxminən günəş batmazdan 1 saat öncə yaranır, günəş çıxandan 1 saat sonra itir.
İzotermiya havanın stabil tarazlılığı ilə xarakterizə olunur, daha çox yağmurlu hava zamanı xarakterikdir
Konveksiya əsasən günəş çıxmazdan 2 saat öncə yaranır və batmazdan təxminən 2 - 2.5 saat qabaq dağılır. O, adətən aydın yay günlərində təsadüf olunur.
Kimyəvi silahın tətbiqi zamanı kimyəvi şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi.
Kimyəvi silahın tətbiqi zamanı kimyəvi şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi kimyəvi yoluxma zonalarını və hücuma məruz qalmış əraziləri, yoluxmuş havanın yayılma dərinliyi, digər ərazilərə yaxınlaşma müddətini, ərazidəki zəhərləyici maddənin dayanıqlılığını, insanların FMV-lərdə qalmasını, işçilər, əhali, MM-in qüvvələrinin şəxsi heyəti arasında mümkün itkilərin müəyyən edilməsidir.
Dostları ilə paylaş: |