Kütləvi qırğın silahlarının ən güclüsü nüvə silahıdır. İlk dəfə 1945-ci ilin avqustun 6 və 9-daABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Nüvə partlayışının zədələyici amilləri - zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, yerinradioaktiv zəhərlənməsi və elektromaqnitimplulsu.
Zərbə dalğası– partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox güclü sıxılmış hava qatından ibarətdir. Zərbə dalğasının yaranmasına səbəb partlayış mərkəzindəki yüksək təzyiqdir ki, bu da milyardlarla atmosferə çatır. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiqi dalğanın sürət təzyiqi və izafi təzyiqin təsir müddətidir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, patlayışın növündən və partlayış məkəzindən olan məsafədən, yerin relyefindən və s asılıdır.
Zərbə dalğası mühafizə olunmamış adamları müxtəlif şəkildə zədələyir.