19. Nüvə zədələnmə ocağı və onun dağıntı zonaları.
Nüvə partlayışı təsirinə məruz qalan ərazi nüvə zədələnmə ocağı adlanır. Nüvə zədələmə ocağı o ocağa deyilir ki, orada nüvə partlayışı zədələyici amillərinin nəticəsində kütləvi insan, heyvan və bitki təlafatı olsun. Burada bina və qurğular dağılır,yanğınlar baş verir, yer radioaktiv maddələrlə zəhərlənir.
Nüvə zədələnmə ocağı dağıntıların xarakterinə görə tam, güclü, orta və zəif dağılma zonasına bölünür.
Tam dağılma zonası – nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə deyilir ki, bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa və daha artıq izafi təzyiqlə xarakterizə olunur. Bu zaman binalar,quğular, hətta sığınacaqlar vəs dağılır. Uçqunlar yaranır.Uçqunların səthi radioaktiv maddələrlə zəhərlənir.
Güclü dağılma zonası: 50kPa-dan 30 kPa-dək izafi təzyiqin təsirinə məruz qalmış sahələr güclü dağılma zonası adlanır. Buradakı bina və qurğular güclü surətdə dağılır,sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqların əksəriyyəti salamat qalır. İşıq şüalanması nəticəsində başdan-başa yanğınlar baş verir,küçələrdə başdan-başa uçqunlar yaranır.
Orta dərəcəli dağılma zonası: 30-20kPa-dək izafi təzyiqin təsirinə məruz qalmış sahələr ortadərəcəli dağıntılar zonasıdır.Bu zonanın hüdudları daxilindəki binalar orta dərəcədə dağılır,yeraltı sığınacaqlar,şəbəkələr salamat qalır.Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər.İşıq şüalanması nəticəsində başdan-başa yanğınlar törəyir.
Zəif dağılma zonası– 20-10-kPa-dək izafi təzyiq təsirgöstərənsahələrdə zəif dağıtılar baş verir. Bu zonada binalar zəif dağıntılara məruz qalır. Onların qapı-pəncərələri, artırmaları, daxili arakəsmələri və s dağılır. Küçələrdə tək-tək uçqunlar yaranır, tək-tək yanğınlar olur. Dağıntı zonalarından kənarda zərbə dalğası mühafizə olunmamış adamlara təhlükə törətmir, binaları azacıq zədələnir,yəni şüşələrin qırılması,pəncərə və qapı çərçivələrinin zədələnməsi və s. baş verir.