Ümumzəhərləyici təsirli ZM-lər: sionid turşusu və xlorsian. Sianid turşusu acı badam iyinə malikdir. Ən kəskin və tez təsir göstərən ZM lərdən biridir. Əsas tənəffüs üzvlərindən keçib, orqanizmin vacib sistemlərinə sürətlə təsir edir, qıcıqlandırıcıtəsiri var. Güclü yaş axma və zəhərlənmə baş verir. Sianid turşusu ilə zəhərlənmənin gedişini 3 formaya bölmək olar – yüngül, orta və ağır. Yüngül formada orqanizə az miqdarda zəhər daxil olur. Bu zaman ağızda metal dadı, boğazda qıcıqlanma və acı badam iyi hiss edilir. Orta formada zəhərlənmədə qan təzyiqi artır, huş zəifləyir və ya itir, göz bəbəkləri genişlənir və selikli qişalar qızarır. Ağır formada isə göz bəbəkləri şiddətli genişlənir və bəzən göz almaları önə qabarır selikli qişalar və yanaqlar qızarır. Kəskin qıcolmalar baş verir huş tez itir. Tənəffüs mərkəzinin və sonra ürək fəaliyyətinin dayanması nəticəsində ölüm baş verir.İlk yardımda əleyhqaz geyindirilir və zəhərli yerdən insan çıxardılır, zəhər əleyhinə amil nitrit ampulasını sındırıb pambığa hopdurub əleyhqazın altına qoyurlar.Zəhərlənmiş adam onunla nəfəs alır.Zəhər mədəyə düşdükdə qusdurmaqlazımdır.Ağız və burunu təmiz su ilə yaxalanır. Dərhal tibb məntəqəsinə çatdırılır. Tənəffüs zəiflədikdə və ya dayandıqda süni tənəffüs verilir.
32) Bioloji silahın əsas xüsusiyyətləri və bioloji vasitələrin tətbiq olunmasının təyini