Bioloji (bakterioloji) silah-zədələyici təsirinin əsasını bakterial vasitələr təşkil edir. Bakterial vasitələr təhlükəli yolxucu xəstəliklər törədən mikroblara,bakteriyalara, viruslar, göbələklər və bir sıra mikrobların yaratdığı toksinlərə (zəhərlərə) deyilir. Düşmən bakterial vasitələri təyyarə bombalarında, raketlərdə və içərisinə maye, yaxud quru halda mikroblar və toksin qatılığı doldurulmuş xüsusi konteynerlərdə və cihazlarda ata bilər. Onları zəhərlənmiş daşıyıcılar – həşaratlar, gənələr, gəmiricilər yayabilər. Bakterioloji silahın tətbiqi nəticəsində bakterioloji zədələnmə ocağı yaranıb. Bakterioloji zədələnmə ocağı o ocağa deyilir ki, orada bu silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun.Bu ocaq yaranan yerdə dərhal karantin və observasiya rejimləri tətbiq edilir.