1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


Sığınacaqlar, quruluşu, əhəmiyyəti və onlara verilən tələblər



Yüklə 335,33 Kb.
səhifə67/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   63   64   65   66   67   68   69   70   ...   106
null

36. Sığınacaqlar, quruluşu, əhəmiyyəti və onlara verilən tələblər.

Mühafizənin əsas üsullarından biri mülki müdafiənin mühafizə qurğu­larından istifadə olunmasıdır. Mühafizə qurğularına kollektiv mühafizə vasitələri də deyilir. Bunlar bir qrup adamın birgə kollektiv halında mühafizəsi üçündür. Mühafizə qurğuları mühafizə xassələrinə görə- sığınacaqlar; radiasiya əleyhinə daladanacaqları; ən sadə daldanacaqlar olaraq qruplaşdırılır.1.Sığınacaqlaradamların kütləvi qırğın silahlarının zədələyici amillərinin təsirindən ən etibarlı mühafizəsini təmin edən qurğulara deyilir.Sığınacaqlar kollektiv mühafizə vasitəsidir,yəni bunlar bir qrup adamın birgə,kollektiv halında qorunması üçündür. Sığınacaqlarda əsas və yadımçı otaqlar vardır. Əsas otaqlara – adamlar yerləşən otaqlar (bölmələr), idarəetmə məntəqəsi, tibb məntəqəsi, müalicə müəssələrinin sığınacaqlarında isə cərrahiyə sarğı otağı, cərrahi əməliyyata hazırlıq otağı və sterilləşmə otaqları olur.Yardımçı təyinatlı otaqlara aiddir: Süzgəcli ventilyasiya otağı; Balonlar otağı; Sanitariya qovşağı; Elektrik lövhəsi; ərzaq saxlanılan anbar və s.Süzgəcli ventilyasiya otağı-sığınacağın xarici divarlarının yanında, giriş yollarının və ya qəza-çıxış yollarının yaxınlığında yerləşdirilir.Ventilyasiya sistemi iki və ya üçü rejimdə işləyə bilər; 1.təmiz ventilyasiya rejimi 2.süzücü ventilyasiya rejimi 3.içəridəki hava bərpa (regenerasiya) edilməklə tam təcrid olunma rejimi.Təmiz ventilyasiya rejimi- havanın tərkibinin lazım dərəcədə dəyişdiril­məsi, bayırdan içəriyə verilən havanın tozdan, radioaktiv tozdan, eləcə də istiliyin və rütubətin kənar olunmasını təmin etmək üçündür. *Süzücü ventilyasiya rejimi- çöldən havanı çəkmək, hər cür zəhərləyici maddələrdən təmizləyib otaqlara vermək üçün nəzərdə tutulur. Balonlar otağı - burada havanı oksigenlə zənginləşdirmək üçün hava (oksigen) balonları saxlanılır. Balonlardan oksigen DKP-1 -65 markalı reduktor vasitəsilə verilir.



Sanitariya qovşaqları - kişilər və qadınlar üçün ayrılıqda layihələndirilir.

Sığınacağın elektrik təchizatı - şəhərin xarici şəbəkəsindən habelə lazımı hallarda dizel elektrik stansiyasındakı elektrik mənbələri hesabına yerinə yetirilir.

Elektrik lövhəsi otağı - lazımı elektrik lövhələri avadanlığının yerləşdirilməsi üçündür.Ərzaq saxlanılan anbar - daldalanan hər 600 nəfər üçün bir anbar hesabı ilə daldalanacağın müxtəlif yerlərində düzəldilməlidir. Daldalanan adamların sayı 150 nəfərədək olarsa, anbarın sahəsi 5 m2 , bundan artıq hər 150 nəfər üçün anbarın sahəsi 3 m2 artırılır.Tambur şlüzlərsığınacaqda daldalanan, oraya girməkdə olan və girməyə gecikən adamların zədələnməsi təhlükəsinin qarşısını almaq üçündür. Sığınacaqlar əhali yaşayan binalarda və onlardan ayrı da tikilə bilər. Yaşayış binalarında olan sığınacaqlar, əsasən, istehsalat binalarının, ictimai binaların və yaşayış evlərinin zirzəmilərində yerləşir. Ayrı tikilmiş sığınacaqlar adamların iş və yaşayış yerlərindən təxminən 200 m məsafədə yerin altında tikilir. Onların üstü və yanları torpaqla örtülü olur. Bundan başqa yeraltı keçidləri, tunelləri, metostansiyaları sığınacaq kimi istifadə etmək olar.Adamların girib çıxması üçün hər bir sığınacaqda əsas giriş yolları və qəza çıxış yolu olmalıdır.Giriş yollarının sayı sığınacağın tutumundan və bir giriş yoluna düşən adamların sayından asılı olur,lakin giriş yolları ikidən artıq olmamalıdır.Sığınacağın hər iki qurtaracağında çıxış qapısı olmalıdır. Bunlardan biri əsas,o biri isə ehtiyat çıxış qapısı sayılır, Qapılar xaricə açılır,belə ki,sığınacaqolan ev uçarsa, uçuq töküntüləri qapını tuta bilməsin.Sığınacaqlar tutumuna görə, kiçik-600 nəfər, orta- 600-2000 nəfər, iri-2000-dən yuxarı olur.Sığınacaqlar bir sıra tələblərə cavab verməlidir: burada daldalanan əhalinin GTZM, nüvə partlayışının zədələyici amillərindən, bioloji aerozollardan, yanğın zamanı termik təsirdən mühafizəsini təmin etməli, kifayət dərəcədə hermetik olmalı, əsas otaqın 2,2 m hündürlüyə malik olmalıdır.Sığınacaqlar bir sıra sanitar gigiyenik tələblərə cavab verməlidir: 1. karbon qazının konsentrosiyası – 2 % artıq olmamalı,yol verilən ən yüksək həd 3 %.2. nisbi rütubət 85 % -dən artıq olmamalı.3. Havanın tempraturu 23 dərəcədən çox olmamalı.4. Oksigenin miqdarı -15-16 % olmalıdır.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin