1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri



Yüklə 335,33 Kb.
səhifə33/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   29   30   31   32   33   34   35   36   ...   106
null

Ümumi məqsədli dəstələr zədələnmə ocaqlarında xilasetmə işləri apar­maq, təbii fəalkətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.

MM xidmət dəstələri –xüsusi təyinatlı dəstələr, kəşfiyyat, tibbi yardım,yanğın söndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. xidmət dəstələri sayılır.

Yüksək təhlükəli obyektlərdə(AES, kimyəvi maddələrdənistifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır.



16. Müasir kütləvi qırğın silahları.

Müasir qırğın silahları 2 yerə ayrılır: adi və kütləvi. Kütləvi qırğın silahlarına – nüvə kimyəvi və bakterioloji silahlar aiddir. Kütləvi qırğın silahlarının ən güclüsü nüvə silahıdır. İlk dəfə 1945-ci ilin avqustun 6 və 9-da ABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Bu silahın tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmosda,havada,yerin altında və üstündə, suyun altında və üstündə partladıla bilər.Zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, yerinradioaktiv zəhər­lənməsi və elektromaqnitimplulsu nüvə partlayışının zədələyici amilləridir.Zərbə dalğası– partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox güclü sıxılmış hava qatından ibarətdir. Zərbə dalğası mühafizə olunmamış adamları müxtəlif şəkildə zədələyir. Yüngülzədələnmə-20-40 kPa izafi təzyiqin təsiri nəticəsində baş verir. Orta dərəcəli zədələnmə –40-60 kPa izafi təzyiq yaranarkən baş verir. Ağır zədələnmə- 60-100 kPa izafi təzyiq nəticəsində baş verir. Çox ağır zədələnmə-100 kPa və bundan artıq izafi təzyiq yarandıqda müşahidə olunur. Belə zədələnmələr ölümlə nəticələnir. İşıq şüalanması – nüvə partlayışı zamanı meydana çıxan gözə görünən ultrabənövşəyi, infraqırmızı güclü şüalanma selidir. İşıq şüalanması nəticəsində insan bədəninin açıq hissələrində baş verən yanıqların dərəcəsi işıq impulsunun miqdarından asılı olur. Zədələnmənin ağırlığına görə yanıqların 4 dərəcəsi olur:1ci dərəcəli – 80-160 kc/ , 2ci dərəcəli- 160-400 kc/ , 3cü dərcəli- 400-600 kc/ ,4cü dərəcəli- 600 kc/ dən yuxarı. Nüfuzedici radiasiya qamma şüalanması və neytronlar selindən ibarətdir ki, o, gözə görünmür, hiss edilmir, məlum olan bütün sıx materiallardan keçir və havada xeyli uzaq məsafəyə yayılaraq adamların şüalanmasına səbəb olur. Nüfuzedici radiasiyanın zədələyici təsiri nəticəsində şüa xəstəliyi yaranır.1-ci dərəcə- 100-200 R şüalanma dozası nəticəsində baş verir.2-ci dərəcə- 200-400 R şüa alan adamlarda baş verir.3-cü dərəcə- 400-600 R doza nəticəsində baş verir.4-cü dərəcə- 600 R-dən artıq şüalanma dozası nəticəsində baş verir və adətən ölümlə nəticələnir.Elektromaqnit impulsu.Nüvə partlayışı anında ətrafa külli miqdarda qamma kvantlar və neytronlar yayılır.Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahəsi yaradır, nəticədə qısamüddətli, lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir. Radioaktiv zəhərlənmə Əsasən yerüstü nüvə partlayışı zamanı nüvə kütləsinin parçalanma məhsulları toz-torpaqla birlikdə odlu kürə halında havaya qalxır,sonra isə radio­aktiv maddələrin xırdalanmış hissələrinin böyüklüyündən asılı olaraq ya torpağa enir,ya da buludun tərkibində hava axını ilə uzaqlara yayılır. Dünyanın bir çox inkşaf etmiş ölkələrində kimyəvi kütləvi qırğın silahları mövcuddur. Bunların əsasını zəhərləyici maddələr təşkil edir. ZM insanların döyüş və əmək qabiliyyətini zəiflədir. Heyvanların zədələnməsinə və bitkilərin məhvinə səbəb olur.Kimyəvi silahın bir sıra xüsusiyyətləri var. 1.Maddisərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı.2.Geniş sahələri zəhərləmək və zəhərləyici təsirini uzun müddət saxlamaq qabiliyyəti3.Zəhərlənmənin sürətlə baş verməsivə zədələnmənin ağır olması4.İstehsalın nisbətən ucuz başa gəlməsi.ZM lər insana göstərdiyi zəhərləyici təsirinə görə qruplara ayrılır: siniriflicedici, dəridə yara əmələ gətirən, boğucu təsirli, gözyaşardıcı, qıcıqlandırıcı, psixokimyəvi və ümumzəhələyici təsirli ZM.Siniriflicedici ZM–zarin, zoman və “V”qazlar aiddir. Zarin və zoman rəngsiz və ya sarımtıl rəngli, səciyyəvi iyli mayelərdir. Bu maddələr üzvi həlledicilərdə yaxşı, suda isə zəif həll olur, havada tez bir zamanda ölümcül konsentrasiyalı buxar törədir. Bu ZMbuxarlarının azacıq miqdarından göz bəbəkləri daralır (mioz), görmə qabiliyyəti zəifləyir,bəzən insan kor olur. Bunlar dəri tənəffüs üzvləri həzm üzvləri ilə orqanizmə keçərək əksər hallarda ölümlə nəticələnən zəhərlənməyə səbəb ola bilir. Zəhərlənmənin əsas əlamətləri ağızdan tüpürcək axma, qusma halları dərhal meydana çıxır, daha sonra başgicəllənmə, şüurun itməsi, güclü qıcolma tutmaları, iflic, güclü zəhərlənmə zamanı ölüm baş verir.Mühafizə üçün əleyhqaz və qoruyucu geyimdən istifadə olunur.İlk tibbi yardım göstərilən zaman: zəhərlənmiş adama əleyhqaz geydirilir, şpris-tyubik vasitəsiləilə zəhər əleyhinəantidot (afin) vurulur və ya atropin həbi verilir. Əgər ilk 20 dəqiqədə qıcolma dayandırılmasa antidot təkrar yeridilir. Tənəffüs pozularsa süni tənəffüs verilir.ZM damcıları dərininvə ya paltarın üzərinə düşdüyü zaman bu yerləri dərhal fərdi kimya əleyhinə paketdəki maye ilə təmizləyirlər.SiniriflicediciZM -i amonyakın suda məhlullu, qələvilər, söndürülmüş və xlorlu əhəng vasitəsilə deqazasiya edirlər.Dəriyə təsir edici zəhərləyici maddələr elə zəhərli birləşmələrdir ki onlar hətta ən cuzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər. Dəridə yara əmələ gətirən ZM lərə təmiz iprit, texniki iprit euizit (kükürdlü) aiddir. Bu zəhərləyici maddələr maye, damcı və buxara oxşar vəziyyətdə dərini və gözü zədələyir, nəfəsalma zamanı isə tənəffüs üzvlərini zədələyir. Həzm üzvlərini zədələyərək ümumi zəhərlənməyə səbəb olur. ZM-lər dəriyə düşəndə əvvəlcə dərinin qızarması baş verir, sonra isə xırda suluqlar əmələ gəlir. Bu suluqlar böyüyərək birləşir və daha iri suluq əmələ gətirir. 2-3 gündən sonra suluq deşilərək xoraya çevrilir. Bu ZM-lərdəridən qana sorularaq ümumi zəhərlənməyə səbəb olur ki bu da hərartin yüksəlməsində ümumi bir kefsizlikdə sürətlə arıqlamada və ruh düşkünlüyündə özünü göstərir. İlk yardım üçün damcılar dərinin və paltarların üzərinə düşdüyü zaman, bu yerləri dərhal fərdi kimyəvi paketdəki maye ilə təmizləyirlər. Gözləri çoxlu su ilə yumaq ağız və burununu isə 2% li çay sodası və ya su ilə yaxalamaq məsləhətdir. Iprit mədəyə düşdükdə onu dərhal kalium permanqanat məhlulu və ya su ilə yuyulmalıdır.Boğucu təsirli ZM-lərə fosgen, difosgenaiddir. Bu ZM-lər tənəffüs üzvlərinə təsir göstərir. Fosgen – rəngsiz ağır tez uçucu maye olub yanıq ot iyini verir. Difosgen zəhərləyici xassəsinə görə fosgenə oxşayır. O davamsız ZM lərə aid edilir. Fosgen xüsusən ağciyər toxumalarını zədələyir orqanizmin digər toxumalarına güclü təsir göstərmir. Fosgenlə nəfəs aldıqda ağızda xoşagəlməz şirintəhər dad hiss olunur. Öskürmə başlayır, ümumizəiflik, baş gicəllənmə olur. Əsasən ağciyərə təsir edir. Çox vaxt ağciyər şişir və bu ölümlə nəticələnir. İlk tibbi yardım zəhərlənən adama əleyhqaz geyindirilir, zəhərli yerdən çıxarılıb, su ilə ağızı burunu qarqara etdikdən və gözləri 2 faizli soda məhlulu ilə yuduqdan sonra xəstəni tibb məntəqəsinə dərhal çatdırılmalıdır. Ümumzəhərləyici təsirli ZM-lər: sionid turşusu və xlorsian. Sianid turşusu acı badam iyinə malikdir. Ən kəskin və tez təsir göstərən ZM lərdən biridir. Əsas tənəffüs üzvlərindən keçib, orqanizmin vacib sistemlərinə sürətlə təsir edir, qıcıqlandırıcıtəsiri var. Güclü yaş axma və zəhərlənmə baş verir. Sianid turşusu ilə zəhərlənmənin gedişini 3 formaya bölmək olar – yüngül, orta və ağır. Yüngül formada orqanizə az miqdarda zəhər daxil olur. Bu zaman ağızda metal dadı, boğazda qıcıqlanma və acı badam iyi hiss edilir. Orta formada zəhərlənmədə qan təzyiqi artır, huş zəifləyir və ya itir, göz bəbəkləri genişlənir və selikli qişalar qızarır. Ağır formada isə göz bəbəkləri şiddətli genişlənir və bəzən göz almaları önə qabarır selikli qişalar və yanaqlar qızarır. Kəskin qıcolmalar baş verir huş tez itir. Tənəffüs mərkəzinin və sonra ürək fəaliyyətinin dayanması nəticəsində ölüm baş verir. İlk yardımda əleyhqaz geyindirilir və zəhərli yerdən insan çıxardılır, zəhər əleyhinə amil nitrit ampulasını sındırıb pambığa hopdurub əleyhqazın altına qoyurlar.Zəhərlənmiş adam onunla nəfəs alır.Zəhər mədəyə düşdükdə qusdurmaqlazımdır.Ağız və burunu təmiz su ilə yaxalanır. Dərhal tibb məntəqəsinə çatdırılır. Tənəffüszəiflədikdə və ya dayandıqda süni tənəffüs verilir. Qıcıqlandırıcı ZM -Si-Esadamsit aid edilir. Bu qrupa yuxarı tənəffüs yollarının həssas sinir uclarını qıcıqlandıraraq asqırmaya, öskürməyə və qusmaya səbəb olan kimyəvi maddələr aiddir. Bu ZM –lərlə zəhərlənmədə asqırma, burunda və burun – udlaqda göynəmə olur. Döş sümüyünün arxasında və başda ağrı olur. Adamsit yaşılımtıl rəngli bərk maddədir. Yavaş buxarlanması və pis həll olmasına görə torpağı uzun müddət zəhərləyə bilər. Si-Es suda pis həll olan rəngsiz maddədir. Aerozol şəklində tətbiq olunur. Si-Es maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qıcıqlandırıcı təsirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən çoxlu yaş axmasına, tənəffüsün çətinləşməsinə səbəb olur. Bunlardan başqa dəriyə gicitkən kimi qaşındırıcı təsir göstərir. Gözyaşardıcı və ya lakrimator(yunanca lakrime-göz yaşı) zəhərləyici maddələr gözlərin həssas sinir uclarını, burunun selikli qişalarını qıcıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərin spazması, burundan güclü selik axması ilə nəticələnir. Belə maddələrdən əsasları xlorasetofenon və brombenzilsianiddir. Xlorasetofenon bənövşə və ya meşəgilası iyi verən bərk kristal maddədir. Suda hətta qaynadılarkən də dağılmır. Müsbət 20C-də buxarlanır. Yayda ərazidə bir neçə gün təsirini saxlayır. Brombenzilsianid acı, badam iyli, rəngiz, yaxud sarımtıl kristal maddədir. Suda, demək olar ki, həll olmur. Torpaqda bir ayadək qala bilər.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin