1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


Nüv silahı və onun zədələyici amili



Yüklə 335,33 Kb.
səhifə36/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   32   33   34   35   36   37   38   39   ...   106
null

18.Nüv silahı və onun zədələyici amili

Müasir qırğın silahları 2 yerə ayrılır: adi və kütləvi. Kütləvi qırğın silahlarına – nüvə kimyəvi və bakterioloji silahlar aiddir. Kütləvi qırğın silahlarının ən güclüsü nüvə silahıdır. İlk dəfə 1945-ci ilin avqustun 6 və 9-daABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Bu silahın tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmosda,havada,yerin altında və üstündə, suyun altında və üstündə partladıla bilər.Zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, yerinradioaktiv zəhər­lənməsi və elektromaqnitimplulsu nüvə partlayışının zədələyici amilləridir.



Zərbə dalğası– partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox güclü sıxılmış hava qatından ibarətdir.Zərbə dalğasının yaranmasına səbəb partlayış mərkəzindəki yüksək təzyiqdir ki, bu da milyardlarla atmosferə çatır. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiqi dalğanın sürət təzyiqi və izafi təzyiqin təsir müddətidir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, patlayışın növündən və partlayış məkəzindən olan məsafədən, yerin relyefindən və s asılıdır.

Zərbə dalğası mühafizə olunmamış adamları müxtəlif şəkildə zədələyir. Yüngülzədələnmə-20-40 kPa izafi təzyiqin təsirinəticəsində baş verir. Orta dərəcəlizədələnmə –40-60 kPa izafi təzyiq yaranarkən baş verir.Ağır zədələnmə- 60-100 kPa izafi təzyiq nəticəsində baş verir.Çox ağır zədələnmə-100 kPa və bundan artıq izafi təzyiq yarandıqda müşahidə olunur. Belə zədələnmələr ölümlə nəticələnir.

Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaqlarvə daldalanacaqlaradamlar zərbə dalğasının təsirindən qoruyur. Çarəsiz qaldıqda heç olmasa yerə uzanmaq lazımdır. İşıq şüalanması – nüvə partlayışı zamanı meydana çıxan gözə görünən ultrabənövşəyi, infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur.İşıq şüalanması mühafizə olunmayan adamların bədənində müxtəlif dərəcəli yanıqlar əmələ gətirə bilər,gözləri kor edə bilər. İşıq şüalanması yaşayış məntəqələrində,meşələrdə kütləvi yanğınılar törədir. İşıq şüalanmasının əsas zədələyici təsiribədənin açıq hissələrində (əl, üz, boyun)və paltarla örtülü hissələrində yanıqlar şəklində meydana çıxır. İşıq şüalanması nəticəsində insan bədəninin açıq hissələrində baş verən yanıqların dərəcəsi işıq impulsunun miqdarından asılı olur. Zədələnmənin ağırlığına görə yanıqların 4 dərəcəsi olur:

1ci dərəcəli – 80-160 kc/

2ci dərəcəli- 160-400 kc/

3cü dərcəli- 400-600 kc/

4cü dərəcəli- 600 kc/ dən yuxarı.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin