1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri



Yüklə 335,33 Kb.
səhifə34/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   30   31   32   33   34   35   36   37   ...   106
null

Psixokimyəvi ZM lər Bi-Zet, Meskoin, Lizergin turşusunun törəmələri. Bu ZM lərdən istifadə düşmən ordusuna psixi problemlər yaşadır. Tənəffüs üzvləri ilə prqanizmə təsir edir. İnsanların sinir sisteminin 12 saatdan 5 günə kimi pozulmasına səbəb olur. Belə halda insanlar yaddaşını, məsuliyyət hissini, mənliyini itirir, qorxu hiss edir.Kimyəvi silahın və GTZM-təsiri nəticəsində əhalinin,heyvanların və bitkilərin zədələnməsi ilə nəticələnən ərazi kimyəvizəhərlənmə ocağı adlandırılır. Kimyəvi .Zədələnmə .Ocağının ölçüləri ZM-in işlədilməsi miqyasından onların növündən ,tətbiq edilmə üsulundan ,meteoroloji şəraitdənvə yerin relyefindən asılı olur Kimyəvi zəhərlənmə ocağı2 zonaya bölünür: 1.ZM-lə bilavasitə zəhərlənən əsas zona2.ZM buxar və aerozolları yayılan zona.Bioloji (bakterioloji) silah-zədələyici təsirinin əsasını bakterial vasitələr təşkil edir. Bakterial vasitələr təhlükəli yolxucu xəstəliklər törədən mikroblara,bakteriyalara, viruslar, göbələklər və bir sıra mikrobların yaratdığı toksinlərə (zəhərlərə) deyilir.Bu silah növünə taun, vəba, təbii çiçək, qarayara və s. xəstəliklərin törədiciləri aiddir. Düşmən bakterial vasitələri təyyarə bombalarında, raketlərdə və içərisinə maye, yaxud quru halda mikroblar və toksin qatılığı doldurulmuş xüsusi konteynerlərdə və cihazlarda ata bilər. Onları zəhərlənmiş daşıyıcılar – həşaratlar, gənələr, gəmiricilər yayabilər. Bioloji silahın tətbiqi nəticəsində şəhər və yaşayış məntəqələri, limanlar, su mənbələri, kənd təsərrüfatı bitkiləri bakterial vasitələrlə yoluxa bilər. Bioloji silah tətbiq olunduğunu göstərən xarakterik əlamətlər bunlardır: bakterial vasitə olan hərbi sursat partladıqda boğuq səs eşidilir, havada duman və ya tüstü şəkilli aerozol buludu yaranır, ətrafa iri qəlpələr yayılır, torpaq və bitki üzərinə damcılar və toz şəkilli maddələr çökür və ya binaların divar və damarlarında əşyaların səthində toza oxşar maddələr və yağlı mayelər nəzərə çarpır.Bioloji silahın əsas xüsusiyyətləri:1)İnsan və heyvanları azca doza ilə yoluxdurmaq qabiliyyəti 2) İnkubasiya (gizli) dövrünün olması 3) Xarici mühitdə mikroblar və onların toksinlərinin çətin təyin olunması 4) Törədicilərin çox olması, yəni eyni zamanda bir neçə xəstəlik törədicisi istifadə oluna bilər. 5) Güclü psixoloji təsiri, yəni insanlar arasında təşviş yaradıla bilər. 6) Belə silahların hazırlanmasının və istehsalının nisbətən ucuz başa gəlməsi 7) Uzun müddətli təsirə malik olması və xarici mühitdə davamlılığı 8) Xəstədən sağlam adama keçmə qabiliyyəti .Bakterioloji silahın tətbiqi nəticəsində bakterioloji zədələnmə ocağı yaranıb. Bakterioloji zədələnmə ocağı o ocağa deyilir ki, orada bu silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun.Bu ocaq yaranan yerdə dərhal karantin və observasiya rejimləri tətbiq edilir.Karantin rejimi – yoluxma ocağının ətrafındakı əhalini tam surətdə təcrid edilməsini nəzərdə tutur və yoluxucu xəstəliklərin yayılmasına yol verməmək məqsədilə həyata keçirilir. Karantin zonasının xarici hüdudlarında silahlı mühafizəçilər qoyulur, patrul xidməti və hərəkətin nizamlanması işi təşkil edilir. Karantin rayonundan adamların, heyvanların və əşyaların çıxarılması qadağan olunur. Belə əraziyə girməyi MM rəisinin sərəncamı ilə yanaşı xüsusi MM dəstələrinin və bəzi nəqliyyat növlərinə icazə verilir.Karantin zonasında əha­linin mənzillərindən və həyət­lərindən kənara çıxmasına icazə verilmir. ərzaq malları, su, vacib şeylər əhalinin mənzillərinə gətirilir. Ümumiyyətlə karantin bakterioloji ocağın ləğv olunmasına yönəldilmiş epidemiya əleyhinə tədbirlər kompleksinə deyilir. əsas tədbir əraziyə giriş və çıxışın qadağan olunmasıdır. Bakterioloji yoluxma ocağının ərazisindəki əhali, fəhlə və qulluqçular hökmən fərdi mühafizə vasitələrində olmalıdırlar..Müəyyən edilmiş xəstəlik törədicisi növü xüsusi qorxulu xəstəlik törədicilər qrupuna aid olmadığı hallarda karantin observasiya rejimi ilə əvəz oluna bilər. Həm də ərazidə tam dezinfeksiya və əhalinin tam sanitar təmizlənmədən keçdikdən sonra karantin rejimi observasiya rejimi ilə əvəz oluna bilər.Observasiya -zəhərlənmə ocağının tibbi nəzarət altında saxlanmasını və lazım müalicə-profilaktik tədbirlərin görülməsini nəzərdə tutur.Observasiya zamanı təcridetmə-məhdudlaşdırma rejimi karantindəkinə nisbətən zəif olur.Karantin və observasiya zonalarında bu rejimlər qoyulan andan etibarən dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılır. Dezinfeksiyadan məqsəd-adamların normal fəaliyyəti və burada təhlükəsiz qala bilmələri üçün ətraf mühitdəki əşyaları zərərsizləşdirməkdir. Həkimlərin və ya başqa tibb işçilərinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarları, ayaqqabıları, yorğan- döşəyi, mebelləri dezinfeksiya etmək lazımdır. Dezinfeksiya həm infeksiya ocağında, həm də profilaktika məqsədilə aparılır. Dezinfeksiya üçün xlorlu əhəng, xloramin, fenol, formalin və s. istifadə olunur. Eyni zamanda qaynatma, yandırma və isti buxardan da istifadə olunur.Dezinfeksiyanın xüsusi növləri sayılan - dezinseksiya- yoluxucu xəstəlik yayan həşəratların və gənələrin məhv edilməsi və deratizasiya epidemoloji cəhətdən təhlükəli törədən gəmiricilərin məhv edilməsinə deyilir. Dezinseksiyanın 3 üsulu var: Fiziki, kimyəvi, bioloji.Fiziki üsul- yüksək temperaturun təsiridir. Kimyəvi üsul - kimyəvi maddələr işlənməsi, Bioloji üsul - həşəratlar üçün patogen olan mikroorqanizmlərdən istifadə edilməsidir.

Deratizasiyanın da 3 üsulu var: mexaniki, kimyəvi və bioloji. Mexaniki- tələblərdən istifadə edilir.Kimyəvi- müxtəlif zəhərlərdən istifadə edilir. Bioloji- gəmiricilər üçün patogen olan mikroorqanizmlərdən və gəmiricilərin düşmənlərindən (pişik, kirpi) istifadə edilir.Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparıldıqdan sonra, bu işləri icra edən şəxslər tam sanitariyatəmizlənməsindən keçirilir.Lazımı hallarda qalan əhalinin də sanitariya təmizlənməsi təşkil edilir.




Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin