Elektromaqnit impulsu.Nüvə partlayışı anında ətrafa külli miqdarda qamma kvantlar və neytronlar yayılır.Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahəsi yaradır, nəticədə hava vəya yeraltı rabitə, kabel xətlərində, siqnal elektrik xətlərində, radiostansiyaların antenalarında və s-də qısamüddətli, lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir.
Radioaktiv zəhərlənmə Əsasən yerüstü nüvə partlayışı zamanı nüvə kütləsinin parçalanma məhsulları toz-torpaqla birlikdə odlu kürə halında havaya qalxır,sonra isə radioaktiv maddələrin xırdalanmış hissələrinin böyüklüyündən asılı olaraq ya torpağa enir,ya da buludun tərkibində hava axını ilə uzaqlara yayılır.