37. Tənəffüs üzvləri və dəri səthinin mühafizə vasitələri.
Tənəffüs üzvlərinin mühafizə vasitələrinə:Əleyhqazlar, respirator, habelə əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr- tozdan qoruyan parça maska və pambıqlı tənzif sarğı aiddir.Əleyhqazlar – I dünya müharibəsindən sonra 1915ci ildə Nikolay Zelinskiy tərəfindən kəşf olunmuşdur. tənəffüs üzvlərini gözləri və üzü mühafizə etmək üçün əsas fərdi vasitədir. Müasir əleyhqalar insanın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin (bulxar, duman, qaz, tüstü, damcı) radioaktiv maddələrin təsirindən, patogen mikroorqanzimlərdən və toksinlərdən mühafizəsini təmin edir. Əleyhqazlar sənaye üsulları ilə hazırlanılır. Mühafizə prinsipinə görə 2 növə ayrılır: 1. Süzücü əleyhqazlar2. Təcridedici əleyhqazlar.Süzücü əleyhqazlara ümumqoşun, mülki, uşaq əleyqazları aiddir. Bu əleyqazların içərisində fəallaşdırılmış kömür və aerozol əleyhinə süzgəclər olan süzücü uducu qutunun daxili qatlıarından keçərkən zəhərli havanın süzülüb-təmizlənməsi pros əsaslanır. Mülki əhali üçün QP-5, QP-7, QP-5m və s. əleyhqazları, uşaqlar üçün DP-6, DP-6m, PDF-7, bundan başqa məktəblilər üçün PDF-2ş əleyhqazları istifadə edilə bilər. Bundan əlavə bir yarımlıq yaşadək körpələrin mühafizəsi üçün KZD-6 tipli uşaq mühafizə kamerası mövcuddur. Süzücü əleyhqaz süzücü uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın dəstinə onun çantası və tərləməyən plonkalar olan qutucuq daxildir. Şlem maskalar 5 ölçüdə hazırlanır. (0,1,2,3,4) Ölçülər maskanın boğazaltı hissəsində rəqəmlərlə göstərilir. “0” ölçü 63 sm-ə qədərdir. “1” ölçü – 63,5- 65 sm-ə qədər, “2” ölçü 65,5-68 sm, “3” ölçü 68,5-dən 70,5 sm-ə qədər, “4” ölçü isə 75 sm-dən artıq olur.Əleyhqaz maskasının düzgün seçilməsi və üzə yaxşı keçirilməsi zamanı etibarlı qoruyur. Əleyhqazların üzlük hissəsini kəllə, yanaqlar və çənə altı hissədən kçən dairəvi xətt üzrə ölçürlər.Təcridedici əleyhqazlar -tənəffüs üzvlərini xarici mühitdəki zəhərli havadan təcrid etməklə qoruyan fərdi mühafizə vasitəsidir. Təcrid edici əleyhqazlar havada çox yüksək ZM olduqda, təhlükəli kimyəvi və digər ZM olduqda, havada oksigen 16% -dən az olan hallarda və az dərinlikli su altında istifadə oluna bilər.Bu əleyhqazlarda nəfəs almaq üçün regenerativ patrondan alınan, yaxud oksigen balonundan verilən oksigendən istifadə olunur, adamın nəfəs verdiyi hava əleyhqazın xüsusi regenerativ patronunda karbon oksiddən təmizlənib oksigenlə zənginləşdirilir və yenidən tənəffüs üçün yararlı hala salınır.Təcridedici əleyhqazlar mm xüsusi dəstələrinin şəxsi heyəti üçündür. Yüksək konsentrasiyalı zəhərləyici və başqa maddələr olan sahələrdə iş apararkən, qaz şəbəkələrində, digər şəbəkələrdə yanğınları söndürərkən, qəzaları aradan qaldırarkən mühafizə olunmaq üçün belə əleyhqazlardan istifadə olunur. İR-4, İP-46, KİP-5, KİP-7, KİP-8 aiddir.Respiratorlar – tənəffüs üzvlərini tozlardan və zərərli qazlardan qorumaq üçün yardımçı fərdi mühafizə vasitəsidir.Respirator zəhərləyici və güclü təsirli zəhərləyici maddələrdən mühafizə etmir.Respirator-R-2D 7-17-yaşlı uşaq və yeniyetmələr üçün işlədilir. R-2 böyüklər üçün üçün nəzərdə tutulan respirator növüdür. Respiratorun maskasında 2 nəfəsalma və 1 nəfəsvermə klapan və burun sıxacı yerləşir. Süzücü, yarım örtük respirator üç qatlı materialdan hazırlanır. Xarici üst qat sintetik materialdan- penoplastdan( havanı yaxşı keçirir), daxili hissəsi hava buraxmayan polietilen plyonkadan və iki qalpaqdan ibarətdir. Bu iki qat arasında süzücü material olan polimer liflər yerləşdirilir. Nəfəs alarkən hava maskanın üst qatından və süzücü materialdan keçib təmizlənir. Sonra da nəfəsalma lkapanından keçərək insanın tənəffüs orqanlarına daxil olur. Nəfəs verərkən isə hava maskanın nəfəsvermə klapanından keçib kənara çıxır. Respirator gözləri mühafizə etmir. Buna görə də respiratorla birlikdə gözləri tozdan qoruyan eynəklər də taxmaq lazımdır.R-2d respiratoru fasiləsiz 4 saat, R-2 isə 12 saat ərzində mühafizəni təmin edir.Respirator 3 ölçüdə (1,2,3) hazırlanır. Ölçüləri maskanın daxili səthinin çənəaltı hissəsində rəqəmlərlə göstərilir. Bundan başqa tənəffüs üzvlərini qoruyan ən sadə mühafizə vasitələri də vardır. Bunlara aiddir - tozdan qoruyan parça maska və pambıqlı tənzif sarğı. Belə vasitələr əhali tərəfindən hazırlanır və lazımi hallarda əhalinin mühafizəsi üçün geniş surətdə işlədilə bilər.Tozdan qoruyan parça maska - (PTM-1) O, 2 əsas hissədən ibarətdir: gövdə və başa bərkidici hissə. Maskanın gövdəsi 4-5 qat parçadan (bez,trikotaj və.s),daxili 2-3 qat daha qalın və sıx parçadan (mahud, yun, flanel və.s) hazırlanır. Alt qat (içəri qat) nəmlənərkən kirlənməyən (sətin, bez) digər parçadan hazırlanır. Bu qatlar radioaktiv tozu saxlayır və ondan tənəffüs üzvlərini qoruyur. Maskanın gövdəsində 4-5 sm ölçüdə göz yerləri də vardır ki,buraya şüşə və ya plyonka və ya hər hansı şəffaf material lövhəcikləri salınır. Maskanın bərkidici hissəsi bir qat hər hansı parçadan düzəldilir. Maskanı geymək üçün onu iki əlli bərkidici hissəsindən tutub, başa doğru çəkirlər, sonra bərkidici hissənin bağlarını bağlayırlar. Daha sonra maskanı üzdə əl ilə düzəltmək lazımdır ki, o alına və gicgahlara kip yatsın, hava nəfəs alan zaman bütün parça boyu təmizlənir. Bu maskanı qurudub yenidən işlətmək olar.Pambıqlı tənzif sarğıtənzifparçasından hazırlanır. Uzunluğu 1 m və eni 50sm olan tənzif parçanı götürmək lazımdır:onun ortasına qalınlığı 1-2 sm, uzunluğu 30 sm-ə yaxın və eni 20 sm olan pambıq qatı qoyulur.Pambıqdan kənar çıxmış tənzifin qıraqları pambıq qatına bükülür və alınan pambıq tənzif lenti hər 2 tərəfdən təxminən 30-35 sm uzununa kəsilir ki,bunlar da bağ kimi işlənir. elə geyirlər ki,ağız və burun nahiyəsi örtülsün.Sarğının aşağı kənarı çənə altına keçməli,yuxarı kənarı isə göz çuxuruna kimi qalxmalıdır. Pambıq olmadıqda tənzif sarğı hazırlamaq mümkündür.Belə halda tənzif parçanın ortasına pambıq əvəzinə 5-6 qat tənzif qoyurlar.Sarğılardan adətən yalnız 1 dəfə istifadə edilir. Gözləri mühafizə etmir bunun üçün qoruyucu eynək taxmaq lazımdır. Dərinin mühafizə vasitələri.Dərinin mühafizə vasitələri iki növə ayrılır; filtrasiyaedici və izoləedici mühafizə geyimi. Bunlar filtrasiyaedici və izoləedici materialdan hazırlanır. Filtasiyaedici mühafizə geyimi –OZK komplektinə - mühafizə plaş mühafizə corablar və mühafizə əlcəklər daxildir. Adətən bunu hopturulmuş üst və alt paltarın üzərindən geyinirlər. İzoləedici mühafizə geyimi -Yüngül mühafizə kostyumu L-1 –əsasən insanı zərərli kimyəvi, bakterioloji təsirlərdən və radioktiv tozdan mühafizə edir. L-1 insanın dərisini və paltarını, həm də ayaqqabısını qəza-xilastmə və dezaktivasiya işləri zamanı aqressiv mühitin uzun müddətli təsirindən, zəhərləyici və toksiki maddələrin təsirindən mühafizə edir. L-1 kostyum komplektinə daxildir: başlıqlı gödəkcə (gödəkcənin qollarında biləkləri sıxan qalın manjetlər vardır), corablarla birlikdə şalvar və əlcəklər. L-1 15°C temperaturdan yuxarı temperaturda alt paltarın üzərinə, 0°C- dən aşağı temperaturda isə qış (üst) paltarın üzərinə geyinilir. L-1 3 boy ölçüsündə hazırlanılır. 1. 1,65 sm-ə qədər 2. 1,66-1,72 sm-ə qədər. 3. 1,73 sm-dən yuxarı.Dəri səthini mühafizə edən yardımçı vasitələr.Bədənin səthini radioaktiv, kimyəvi və bakterial maddələrlə zəhərlənmədən qorumaq üçün adamlar öz adi paltar və ayaqqabılarından yardımçı vasitələr kimi istifadə edirlər. Adamın bədənini qoruyan yardımçı vasitə kimi, hər şeydən əvvəl, xüsusi iş paltarları kombinezonlar, gödəkçə və şalvarlar, başlıqlı xələtlər işlədilir. Ayaqlarımühafizə üçün rezin çəkmələrdən, əlləri mühafizə üçün isə rezin və ya dəri əlcəklərdən istifadə edilir. Bu geyimlərin bütün düymələri və zamokları bağlanır və kipləşdirilir.Adi paltarların adamı mühafizə etməsi üçün bunlara xüsusi məhlul hopdurmaq lazımdır. Parçadan tikilənpaltarlara məhlul hopdurmaq olar, sintetik materiallara məhlul hopdurulmur.Məsələn, 250-300 qram sabunu 60-700C-dək qızdırılmış 2 litr suda əridirlər, sabun suda tamamilə əriyədən sonra, buna 0,5 litr bitki yağı əlavə edirlər.Alınan qatışığı 5 dəqiqə ərzində bircins emulsiya halına düşənə qədər qarışdırırlar. Hopdurulacaq paltar dəstini vedrəyə, ləyənə qoyub üstündən isti məhlulu bərabər surətdə bütün paltar dəstinin səthinə tökürlər. Sonra paltarı yüngülcə sıxıb açıq havada qurudurlar.