38. Fərdi tibbi mühafizə vasitələri və onlardan istifadə qaydaları.
FH vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə insanların həyatını xilas etmək,zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür.Bunlara radioprotektorlar, antidotlar və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya təmizliyi aid edilir.
Radioprotektorlar – ionlaşdırıcı şüalanmasının təsir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni həb şəklində sistamin adlı maddədir. Bu həblər şüalanmadan 30-40 dəqiqə əvvəl qəbul edilir. Bakteriya əleyhinə maddələr spesifik və qeyri-spesifik profilaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anadoksinlər aiddir. Bu vasitələrin bəziləri fərdi aptekçədə cəmlənmişdir.Antidotlar (zəhər əleyhinə dərman) –zəhərləyici maddələrin qarşısını almaq və ya zəiflətmək, üçün işlədilən dərman maddələridir. Məsələn: sianid turşusu və xlorsian əleyhinə -amilnitrit və ya propilnitrit; fosforlu –üzvi maddələr əleyhinə afin,taren,atropin antidotları mövcuddur. Antidotlar kimya əleyhinə fərdi paketlərdə, fərdi aptekçədə olur.Fərdi aptekçə (Aİ-2)- orqanizmi radiasiyadan, kimyəvi və bakterioloji zəhərlənmələrdən,zəhərlərdən və mikroblardan mühafizə edir. Aİ-2 yastı plasmas narıncı rəngli qutudan ibarətdir. Ilk tibbi yardım üçün istifadə olunur. onun ölçüləri 9x10x2 sm-dir. Buada bölmələr vardır. Bölmələrdə dərmanlar müxtəlif rəngli penallarda (həb şəklində) saxlanılır. 1 bölmədə şpris-tyubikdə narkotik ağrıkəsici maddə 1ml-2%-li promedol və ya morfin məhlulu yerləşir. Bunu ağır travmalarda, geniş yanıqlar zamanı, sınıqlarda, əzələ içərisinə yeridirlər. Şpris tyubikdən istifadə edərkən, əvvəlcə şprisin iynəsini örtən kolpağı sonadək burur və bununla da tyubikin daxili plyonkası deşilir, sonra kolpağı çıxarırlar. şprisin iynsini budun və ya çiynin əzələsinə cəld hərəkətlə batırırlar.Təcili hallarda paltarın da üstündən vurmaq olar. Şpris-tyubiki barmaqlarla sıxıb,onun içərisindəki mayeni bədənə tam yeridir və barmaqları boşaltmadan iynəni çıxardırlar.2 bölmədə-Fosforlu üzvi maddələrlə zəhərlənmələr zamanı istifadə edilən antidot- taren qırmızı rəngli penalda yerləşir. 3 bölmədə - bakteriya əleyhinə dərman sulfadimetoksin ağ rəngli iri penalda yerləşir. 4 bölmədə - radiasiya əleyhinə sistaminçəhrayı rəngli 2 penalda yerləşir.5 bölmədə- bakteriya əleyhinə dərman tetrasiklin2 rəngsiz penalda olur. 6 bölmədə-RƏ dərman KJ həbləri ağ rəngli yerləşir. 7 bölmədə- qusma əleyhinəetaperazin mavi rengli penalda yerləşir.Aİ-4 fərdi aptekçəsi müasir tələblərə cavab verməyən Aİ-2 aptekçəsi əvəzinə hazırlanıb. Aİ-4 fərdi aptekçəsində fosforlu üzvi maddələrlə zəhərlənməyə qarşı vasitə və sistamin yoxdur. Kimya əleyhinə fərdi paket- İPP-8Adamların həyatını xilas etmək üçün radioaktiv maddələri kənar etmək, zəhərləyici, güclü təsirli və bakterioloji maddələri zəhərsizləşdirmək, yəni tam və ya qismən xüsusi təmizləmə keçirmək lazımdır. Xüsusi təmizləmə- adamların sanitariya təmizlənməsindən, paltarların, ayaqqabıların, fərdi mühafizə vasitələrinin dezaktivasiya, deqazasiya və dezinfeksiya edilməsindən ibarətdir. Bu paket içərisində hər cür ZM-ı zərərsizləşdirmək üçün deqazasiya məhlulu olan şüşə flakondan və 4 ədəd pambıq tənzif salfetdən ibarətdir. Bədənin səthində, paltarın, ayaqqabıların üzərində ZM damcıları və ya bulaşığı aşkar edilən hallarda, bunları dərhal salfetlə hopdurub kənar etmək və zəhərli sahəni fərdi kimyəvi paketdəki maye ilə silib təmizləmək lazımdır.Fərdi kimyəvi paketdəki mayedən 7 yaşdan yuxarı uşaqların bədəninə düşmüş ZM-ləri zərərsizləşdirmək üçün istifadə olunur. 7 yaşdan az olan uşaqlar üçün qələvili məhlullar hazırlanır.Fərdi sarğı paket - yaralara, yanıq yerlərinə sarğı qoymaq, habelə bəzi növ qanaxmaları dayandırmaq üçün işlədilir.Fərdi sarğı paketi - 2 pambıq-tənzif yastığından və eni 10 sm, uzunluğu 7 m olan bintdən ibarətdir. Yastıqların biri bintin uzununa tikilib, digəri ilə sərbəst hərəkət edə bilir. 2 yastıqcalı paketdən əlavə, hərəkətsiz 1 yastıqcalı paketlərdə vardır. Paketdəki yastıqcalar və bint sterildir, perqament (mumlu) kağıza bükülmüşdür. Paketin xarici örtüyünün iç səthi sterildir, bu örtükdən hermetik sarğı qoymaq üçün istifadə edilir.
Dostları ilə paylaş: |