1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


Qəzalar və təbii fəlakətlər zamanı əhalinin davranışı



Yüklə 335,33 Kb.
səhifə72/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   68   69   70   71   72   73   74   75   ...   106
null

41.Qəzalar və təbii fəlakətlər zamanı əhalinin davranışı.

Təbii fəlakətlər əhalinin normal həyat fəaliyyətinin pozulması və maddi sərvətlərin məhv olması ilə nəticələnən müxtəlif növ təbii hadisələrdir. Bunlar adətən qəflətən baş verir və insan təlafatına səbəb olur həm də ətraf mühitə təsir göstərir. Təbii fəlakətlərə zəlzələ, daşqınlar, sel, torpaq sürüşmələri, meşə yanğınları, vulkan püskürməsi və s. aidedilir.Zəlzələ yerin qatlarında yerdəyişmə prosesi nəticəsində yer qabığının müəyyən sahələrinin titrəməsidir. Respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə bütün ərazi 12 ballıq şkala üzrə əsasən 8 baladək, bəzi zonalar isə 9 bal gücündə zəlzələ ehtimalı region sayılır. Zəlzələnin olacağını göstərən bir sıra əlamətlər vardır. Bunları seysmik cəhətdən təhlükəli olan rayonların əhalisi xüsusilə bilməlidir. Havası təmiz olan və əvvəllər belə hadisə müşahidə edilməmiş rayonlarda güclü qaz iyi gəlməsi quşların və ev heyvanlarının narahatlığı evlərin içərisində divar səthlərinin mavi işıq saçması və s. Zəlzələ ehtimalı barədə qabaqcadan xəbər verilərkən təmkinlə çaxnaşma salmadan fəaliyyət göstərmək lazımdır. Mənzili tərk etməzdən əvvəl elektrik cihazlarını qazı söndürmək ən vacib şeyləri bir qədər ərzaq su sənədləri götürmək lazımdır. Küçəyə çıxdıqda bina və qurğulardan elektrik xətti stolbalardan uzaqlaşmaq meydanlara geniş küçələrə tikinti az olan yerlərə tərəf getmək lazımdır. Ən qorxulusu əhali evlərdə müxtəlif binalarda olarkən gözlənilmədən baş verən zəlzələdir. Belə halda insanların dəqiq davranışını son dərəcədə vacibliyini nəzərə alaraq məsləhətlərə riayət etmək lazımdır. Zəlzələ baş verdikdə yer adətən cəmi bir neçə saniyə güclü zəlzələ zamanı isə ən çoxu bir dəqiqə ərzində titrəyir. Belə hallarda insanlar təmkinli və şüurlu hərəkət etməlidirlər. Əsas təhlükəni dağılıb tökülən bina hissələri və aşan ağır əşyalar törədir. Buna görə otaqdakı nisbətən az təhlükəli yerlərdə məsələn qapı tağının altında otağın küncündə dayanmaq pəncərə şüşələrindən elektrik sobalarından yanan sobalardan ağır şkaflardan rəflərdən uaq durmaq lazımdır. Yazı masasının çarpayının altında da daldalanmaq mümkündür. Çoxmərtəbəli binalarda olarkən pilləkənə və ya liftə minmək olmaz. Çünki pilləkənlərdə çaxnaşmalar olur lift isə titrəyişdən ilişib qala bilər. Belə hallarda otaqlarda daldalanmaq daha etibarlıdır. Ümumiyyətcə zəlzələ bir neçə ardıcıl təkandan ibarətdir. İlk təkanlar ara verdikdə cəld küçəyə çıxmağa çalışmaq lazımdır. Zəlzələdən sonra güclü dağntılar və tələfatlar aşkar edilə bilər. Insanlar zərərçəkmiş adamlara yardım göstərib xilas etməyə çalışmalıdır. Daşqınlar çox ağır təbii fəlakətlərdir. Daşqın zamanı əhalinin fəaliyyəti keçmişdə olmuş belə fəlakətlərlə mübarizə təcrübəsi nəzərə alaraq təşkil edilir. Daşqın baş vercəyi əvvəlcədən məlum olduqda dərhal insanları kənd təsərrüfatı heyvanlarını maddi sərvətləri ehtimal olunan daşqın zonasından köçürüb çıxarmaq lazımdır. Daşqın vaxtı düzgün davranma qaydaları köçürmə üzrə toplanış məntəqəsinin yeri məntəqəyə gəlmək qeyddən keçmək köçürülmə marşrutu barədə əhaliyə məlumat verilir. Imkan olsa köçürmə vaxtı ən vacib əmlakı ilə birlikdə köçürülür və yaxın yaşayış məntəqələrinə müvəqqəti yerləşdirilir. Daşqın gözlənilmədən baş verdikdə, ətrafda suyun səviyyəsi sürətlə yüksəldikdə insanlar dərhal təhlükəsiz yerlərə, məsələn, təpələrə, şəhər və ya qəsəbənin yuxarı məhəllələrinə çıxmalıdırlar. Qorxulu sahələri tərk etmək mümkün olmadıqda insanlar evlərin, müxtəlif qurğuların yuxarı mərtəbələrinə, damlarına çıxmalıdırlar. Çöldə olarkən qayaların üzərinə və ya ağaclara çıxmalıdırlar. Əl altında olan hər cür üzgü vasitələrindən istifadə etmək, taxta parçalarından, tərs bağlanmış budaqlardan, avtomobil kameralarından və s. əşyalardan üzgü vasitələri düzəltmək lazımdır. Suya düşdükdə dərhal üst paltarları, ayaqqabıları çıxarıb atmaq, sudan yuxarı çıxan əşya tapıb istifadə etmək lazımdır.Sel və sürüşmələr. Sel və sürüşmə təhlükəsi yarandıqda əhali, kənd təsərrüfatı heyvanları, maddi sərvətlər təhlükəli yerlərdən çıxarılmalıdır. Yaxınlaşan sel axını yaxud sürüşmə başlandığı haqqında xəbər verildikdə və ya ilk əlamətlər görüldükdə binaları tez tərk etmək və təhlükəli yerlərdən çıxmaq lazımdır. Binaları tərk edərkən sobaları, qazı, işığı söndürmək lazımdır. Gözlənilmədən baş verən sel, daşqın, sürüşmələr zamanı ən qorxulusu çaxnaşmalardır. Təmkinli, mütəşəkkil davranmaq, qarşılıqlı yardım göstərmək itkilərin qarşısını ala bilər. İstehsalat qəzaları. Güclü qəzalara aiddir. Maddi sərvətlər zədələnir, insanlar arasında tələfat və xəsarətlər baş verə bilər. Adətən güclü təsirli ZM atmosferə yaxud əraziyə yayıldığı aşkar olunarkən təhlükə barədə obyektin qulluqçuları, yaxud obyektin yaxınlığında yaşayan əhali dərhal xəbərdar edilir. Qəza haqqında məlumat verildikdə tənəffüs üzvlərini mühafizə edən fərdi vasitələri, bədənin səthini qoruyan geyim vasitələrini tez geyinmək və qəza rayonundan mümkün qədər tez çıxmaq lazımdır. Mənzillərdə qalan insanlar pəncərələri, nəfəslikləri kip bağlamalı, elektrik cihazlarını, qazı, sobaları söndürmək lazımdır. Küçədə olarkən qəza yerinə yaxınlaşmağa, ətrafdan hər hansı əşyalara toxunmağa icazə verilmir. Tənəffüs üzvlərini qorumaq üçün suda isladılmış parçadan, paltarın pambıqlı sahələrindən istifadə etmək lazımdır. Zəhərlənmə təhlükəsinə məruz qalan insanlar onlara zəhərli hava buludu yaxınlaşanadək əleyhqaz geyinməlidirlər. Təhlükəli sahələri tərk edə bilməyən bütün şəxslər süzgəcli sənaye əleyhqazları ilə təmin olunmalıdır. Köçürülmə güclü təsirli ZM lərlə zəhərlənmə baş verə biləcək sahələrdən zəhərli hava buludu bura çatanadək yerinə yetirilməlidir. Köçürmə zamanı əhali, evlər, küçə qapıları üzrə qruplaşdırılır. Belə hallarda insanlar təhlükəli sahələrdə köçürmə qaydaları barədə MM qərargahlarının sərəncamlarını diqqətlə dinləməli və dəqiq yerinə yetirilməlidirlər. Atom elektrik stansiyalarında qəzalar zamanı işçilər sığınacaqlara daldalanmalıdırlar. 30km zonada yaşayan əhali isə mühafizə qurğularında gizlənir ya da köçürülür. Bu zaman çütləq fərdi mühafizə vasitələri geyinilməlidir. Ərzaq, su ehtiyatları, eləcə də vacib olan şeyləri özləri ilə götürməlidirlər. Əgər yaranmış vəziyyət insanları mənzillərində və yaşayış yerlərində qalmağa məcbur edərsə, onda bu binaları mümkün qədər hermetikləşdirmək, xüsusən də pəncərələri parça ilə kip örtmək, sobalar olan binalarda soba bacalarını bağlamaq və digər hava çəkən yerləri tutmaq lazımdır. Zəhərlənmiş ərazidə çox ehtiyatla davranmaq lazımdır. Fərdi mühafizə vasitələrindən istifadə etmək, küçəyə çıxmamaq, sığınacaq və daldalanacaqlardan çıxmamaq, çıxdıqda isə çıxmazdan əvvəl fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır. Belə bir vəziyyətdə əhalinin arasında tibbi proflaktika tədbirləri aparmaq lazımdır. Onların radiyasiya əleyhinə dərmanların hər formasında yod pereparatların qəbul etmək lazımdır. Təbii fəlakətlər qəzalar zamanı yüksək mütəşəkkilik göstərilən dövlət orqanlarının və xidmətlərinin qüvvələrinin birgə düşünülmüş dəqiq tədbirləri həyata keçirilən yerdə, eləcə də, FH zamanı davranış qaydalarını bilən və bu qaydalara riayət edərək, insan təlafatı və maddi itkilər az olur. Kimyəvi zəhərlənmə təhlükəsi kimya sənayesinin iri müəssisələrində kimyəvi maddələr saxlanılan anbarlarda, hərbi sursatların saxlanma yerlərində, baş verə biləcək qəzaların nəticəsində ortaya çıxa bilər. Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərsə, burada bir neçə zədələyici amillər işə düşə bilər. Bu amillərdən partlayış, yanğın, ətraf mühitin, havanın və su hövzələrinin kimyəvi zəhərlənməsi ola bilər. Kimyəvi qəza baş verdikdə hökumət orqanlarının və xilasedicilərin göstərişlərini yerinə yetirmək lazımdır. Əgər binada yaşayırsızsa, qapı pəncərələri, bütün deşikləri kip bağlamaq lazımdır. Ən etibarlı otaqlar pəncərəsiz və su təchizatına malik otaqlardır. Bütün hallarda əgər zəhərli maddələrin təsirinə şüphə yaranarsa, məlumat verilən kimi duş qəbul etmək lazımdır. Paltarları dəyişmək və həkimə müraciət etmək lazımdır. Radiasiya qəzaları radioaktiv maddələrin ətrafa yayılmasıdır. Bunun əsas mənbəyi nüvə silahı istifadəsi və elektrik stansiyasında baş verən qəzalardır. Radioaktiv maddələrlə yoluxmuş ərazidə ağzı və burnu yaylıqla örtmək (yaylıq isladılsa yaxşı olar) yaxındakı hər hansı binaya girərək təhlükənin sovuşduğu barədə siqnal yaxud köçürmə barədə sərəncam verilənədək burada qalmaq lazımdır.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin