39. Fövqǝladə hallarda əhalinin köçürülməsinin mahiyyəti, köçürülmənin əsas üsulları.
Köçürmə - insanların həyatı üçün təhlükə yaranan hallarda müvafiq səlahiyyətli dövlət orqanlarının qərarı ilə əhalinin qəza zonasından planlı sürətdə çıxarılıb təhlükəsiz rayonlarda yerləşdirilməsi ilə əlaqədar mühafizə tədbirləri sisteminin tərkib hissəsidir.Keçmiş müharibələrdə xüsusən də Böyük Vətən müharibəsi və Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi dövründə köçürülmə işləri geniş tətbiq edilmişdir. Sülh dövründə Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar olaraq geniş köçürülmə işləri aparılmış, bu stansiya ərazisindəki 30 km-lik zonadan əhali çıxarılmışdır. Dinc dövrdə -təbii fəlakətlər:zəlzələ,sel,geniş miqyaslı torpaq sürüşmələri, eləcə də güclü texnogen və məişət qəzaları zamanı və s. ekstremal hallarda, əhali qəza zonasından təhlükəsiz rayonlara köçürülür. Müharibə şəraitində də bu tədbirlərdən istifadə olunur; bu zaman dinc əhali münaqişə zonasından şəhərdən kənar zonadakı təhlükəsiz yerlərə köçürülür. Vəziyyətdən asılı olaraq köçürmənin müxtəlif formalarından istifadə olunur;1. Qismən köçürmə - uşaqların, xəstələrin, qocaların, bəzi hallarda qadınların qəza zonasından çıxarılması;2. Qabaqcadan köçürmə - adamlar üçün real təhlükə gözləndiyi qəti müəyyən edilən bəzi FH və silahlı münaqişələr zamanı;3. Təcili köçürmə - qəflətən baş verən hallarda;
Köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən,vacib obyektlərdən və təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb,şəhərdən kənar zonadakı az təhlükəli rayonlarda yerləşdirilir. Köçürülmə (təxliyyə) - təhlükəli rayonların ərazisindən əhalinin mütəşəkkil surətdə çıxarılıb, şəhərdən kənar təhlükəsiz zonada yerləşdirilməsi üzrə tədbirlər kompleksinə deyilir.Əhalinin köçürüləcəyi təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:1. Müasir qırğın silahlarının təsirindən, dağıntı və daşqınlardan əhalinin etibarlı mühafizəsini;2. Lazımı sanitariya, gigiyena şəraitinin təmin olunmasını;3. Müəssələrin iş növbəsindəki işçilərin şəhərdən kənar zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsini;4. MM qüvvələrin zədələnmə ocağına yeridilməsi üçün əlverişli surətdə qruplaşdırılmasını;Əhalinin köçürülməsi istehsalat ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat prinsipi üzrə işləyən əhalinin, ali və orta ixtisas məktəblərinin, tələbələrinin, orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb, təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən köçürülür.Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur, bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitəsi ilə təhlükəli zonadan dərhal çıxarılır. Qismən köçürülmə hallarında ilk növbədə uşaq evlərindəki uşaqlar, ali məktəb tələbələri, internat məktəblərinin şagirdləri, orta ixtisas məktəblərinin şagirdləri, ali məktəb tələbələri- bu məktəblərin professor-müəllim heyəti və onların ailə üzvləri ilə birlikdə, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət təhlükəli rayonlardan çıxarılır. Köçürmə komissiyaları – rayonun rəhbər işçilərindən təşkil edilir və komissiyalar köçürüləcək əhalinin tərkibini müəyyənləşdirir, köçürmə məntəqələrinin işini təşkil edir və nəzarətdə saxlayır, onlarla rabitə əlaqəsi yaradır.Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyasının qüvvələri ilə toplanış köçürmə məntəqələri açılır. Toplanış Köçürülmə Məntəqələri– yerli (şəhər, qəsəbə və kəndlərdə) bələdiyyələr və icra hakimiyyət nümayəndələri tərəfindən təşkil olunur. Bu məntəqələr adətən adamlar nəqliyyat vasitələrinə mindiriləcək, meydançaların və yolların yaxınlığındakı məktəb, klub, binlarda və ictimai binalarda açılır. Toplanış köçürmə məntəqəsinə gələn əhali burada qeydə alınır, sonra köçürüləcək əhali qruplara ayrılır, nəqliyyat vasitələrində aparılacaq adamlar nəqliyyat vasitələrinin növləri üzrə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarılacaq adamlar isə piyada dəstələri üzrə qruplaşdırılır. Piyada hərəkət edən adamların istirahəti üçün istirahət müddəti nəzərdə tutulur. Qısa müddətli -(10-15 dəqiqə) hər 1,5 saat hərəkətdən sonra üçün istirahət (1-2 saatlıq) yolun ikinci yarısında, adətən ehtimal edilən güclü dağıntı zədələnmə zonasının hüdudlarından kənarda təyin edilir. Piyada köçürələcək əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, belə əhali üçün aralıq köçürmə məntəqələri təşkil edilir. Aralıq köçürmə məntəqələri-əsasən uzaq piyada marşrutlardan təşkil olunur,adamların dincəlməsi,tibbi yardım alması üçün nəzərdə tutulur.Qəbul məntəqələri - köçkünləri qəbul edəcək rayonlarda təşkil olunur.Bu məntəqələrdə gələnləri qarşılayıb qeydiyyatdan keçirir, qabaqcadan müəyyən edilmiş yaşayış yerlərində yerləşdirirlər.Qarşısına qoyulan vəzifələrdən və şəraitdən asılı olaraq məntəqənin heyətinə aşağıdakı şəxslər daxil edilə bilər: məntəqənin rəisi, qeydə alma və uçot qrupu, komendant və növbətçilər, köçürülənləri qarşılama və yola salma qrupu, tibb məntəqəsinin işçiləri və iaşə qrupu, ictimai əsayişin mühafizə qrupu, ana və uşaq otağının xidmətçiləri. Icra hakimiyyəti başçıları əhalinin və müəssisələrin şəhərdənkənar zonalarda qəbul edilməsi və yerləşdirilməsinin əsas təşkilatçısıdır. Onlar bu işlərə kənd və qəsəbə icra hakimiyyəti nümayəndələri, Mülki Müdafiə Qərargahları, köçürülmə komissiyaları, qəbul etmə və toplanış köçürülmə məntəqələri, nəqliyyata mindirmə və nəqliyyatdan düşürmə stansiyaları vasitəsilə rəhbərlik edirlər. Köçürülmənin başlanması və qaydası barədə əhali yerli radio verilişi şəbəkəsi və yerli televiziya vasitəsilə xəbərdar edilir.Köçürmə barədə sərəncam elan edildikdə:Adamlar hər bir ailə köçməyə hazırlaşır və birinci növbədə özləri ilə nə aparacaqlarını müəyyənləşdirib qablaşdırır:Bu zaman əhali ən zəruri şeyləri götürür: şəxsi sənədlər (şəxsiyyət vəsiqəsi, hərbi bilet, təqaüd kitabçası, uşaqların yaş kağızlarını (metrika), pul, qiymətli bəzək əşyaları və s. 1-2 günlük hazırlanması tələb edilməyən və tez xarab olmayan ərzaq-konserv, suxari, qatlaşdırılmış süd, pendir, şəkər, içməli su və s.- ailə üzvləri üçün lazım olan dərmanlar;- isti geyim və dəyişik üçün zəruri paltarlar;- Bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkan-nəlbəki.Əgər mənzildə aparılması mümkün olmayan xəstə varsa, bu barədə köçürmə komissiyasına məlumat verilməlidir. Köçürmə başlanması barədə xəbər verildikdə:1.mənzildən çıxarkən elektrik cihazlarını şəbəkədən çıxarılır,qaz və su kranlarını möhkəm bağlayır; 2.pəncərə,pəncərə nəfəsliklərini bağlayır;3. tez alışan əşyaları təhlükəsiz yerlərə yığır;4. özləri ilə aparacaq şeyləri götürüb, qapını bağlayıb, TKM-ə gedirlər;köçürmə ərazi prinsipi üzrə aparılır və ailə prinsipi üzrə yerləşdirilir. Bu məqsədlə birinci növbədə ictimai binalardan, çadır şəhərciklərindən istifadə olunur. Bəzi hallarda boş mənzil imkanı olan yerli əhalinin öz razılığı ilə fərdi evlərdə köçkün ailələri yerləşdirmək olar və bütün bu məsələləri yerli icra hakimiyyəti və bələdiyyə orqanları həll edir.Köçkünlərin qəbul edilməsi barədə sərəncam alan kimi rayon icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən təcili olaraq gələnlərin yerləşdirilməsi və təchizatı ilə əlaqədar fəaliyyət planına müvafiq düzəlişlər edilməlidir.- köçkünlərin (ailələrin)sayı nəzərə alınmaqla birinci növbədə rayonun ərazisində olan turist bazalarından, pansionatlardan, yataqxanalardan, tədris bazalarından, mümkün olan fərdi evlərdən istifadə edilir və bunlar yaşayış üçün lazımı qaydaya salınır, müvafiq avadanlıqla təchiz edilir. Əgər yer çatışmırsa çadırlardan istifadə olunur.- köçkünlərə ərzaq ehtiyatı,su və yanacaq təchizatı,səhiyyə xidməti və s. təşkil olunur.- köçkünlərin qeydiyyatı üçün xüsusi qəbul məntəqələri təşkil olunur.Köçkünlər qəbul məntəqəsində mütəşəkkil surətdə qeydiyyatdan keçib yerli nümayəndələrin müşayətilə onlar üçün müəyyən edilmiş yerlərdə yerləşirlər. Qəbuletmə orqanının icazəsi olmadan özbaşına yaşayış yeri seçməyə, bir yerdən başqa yerə köçməyə (yer dəyişməyə) heç kəsə ixtiyar verilmir.Köçürülmə zamanı adamlar öyrəndikləri yaşayış yerlərini tərk etməyə və vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa məcbur olur. Təhlükəli ərazidən köçüb gələn insanları qəbul edib yerləşdirmək üçün nəzərdə tutulan rayonların, qəsəbə və kəndlərin əhalisi də öz növbəsində: yerini, yurdunu və bütün varidatını itirmiş bu insanları mehribanlıq və qayğı ilə əhatə etməlidir.