İctimai asayışi mühafizə xidməti – rayon polis şöbəsinin bazası əsasında təşkil olunur. Xidmətə - (xidmətin rəisi-rayon polis şöbəsinin rəisidir) dövlət və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq, çaxnaşmanın qarşısını almaq, nəqliyyatın hərəkətini təmin etmək, əhalinin müəyyən edilmiş davranış qaydalarını yerinə yetirilməsinə nəzarət etmək həvalə olunur.
Radiasiya və kimyəvi maddələrə qarşı xidmət – kimyəvi laboratoriyalar və sexlərdən təşkil olunur. Bu xidmət – su mənbələrinin, yeməkxanaların, ərzaq anbarlarının radioaktiv və zəhərləyici maddələrdən mühafizə olunması üçün tədbirlər görür və yerinə yetirir.