Fiziki üsulda zəhərli maddələrin düşmüş sətləri yuyub-təmizləmək, günəş altında küləyə verib buxarlandırmaq, qaynar su və ya buxar vasitəsilə təmizləyirlər.Lakin mexaniki və fiziki üsullarla zəhərli maddələr məhv edilmir, ancaq zəhərlənmiş səthlərdən kənar edilir.Kimyəvi üsul, bu zaman zəhərli maddələr bir başa neytrallaşdırılır və zəhərsiz maddələrə çevrilir. Kimyəvi üsul tətbiq edildikdə xüsusi deqazasiyaedici maddələr zəhərli maddələrə təsir göstərir, bunların zəhərləyici xassəsini məhv edir və bununla da zərərsizləşdirir. Belə ki, iprit və luizit tipli zəhərli maddələrin deqazasiyası üçün xlorlu əhəngdən istifadə olunur.